Azərbaycanda 340-dan çox dərmanın satışı və istifadəsi qadağan edildi
Bizi izləyin

Sağlamlıq

Azərbaycanda 340-dan çox dərmanın satışı və istifadəsi qadağan edildi

Azərbaycan Səhiyyə Nazirliyi (SN) müxtəlif adlı dərmanların bəzi seriyalarının satışını və istifadəsini qadağan edib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, buna səbəb həmin dərmanların Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində laborator müayinədən keçməməsidir. Nazirliyin siyahısında müxtəlif adlı dərmanların 341 sayda seriya nömrəsi qeyd edilib.

Satışı və istifadəsi qadağan edilən dərman seriyaları müxtəlif ölkələrin - Türkiyə, Rusiya, Belarus, Ukrayna, Macarıstan, Polşa, Rumıniya, Avstriya və Yunanıstanın istehsalıdır.

Nazirliyin qadağan etdiyi dərman seriyaları arasında Türkiyə istehsallı dərmanlar üstünlük təşkil edir. Bu dərmanların demək olar ki, çoxunun istifadə müddəti 2015-2018-ci illərdə bitir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm