• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Başqasının göz yaşını əlinizlə silmək zərərlidir

Başqasının göz yaşını əlinizlə silmək zərərlidir

Göz xəstələlikləri günümüzdə xeyli aktuallaşıb. Ətraf mühitin çirklənməsi, iş şəraiti, qidalanma bu xəstəliyin artmasının əsas səbəblərindən hesab edilir.

Bəs gözümüzü xəstəliklərdən necə qoruya bilərik? Publika.az Türkiyə mətbuatına istinadən göz sağlamlığımızı qorumağın sadə yollarını açıqlayır.

Uzun müddət kompüterdə oyun oynamaq kirpiklərin dibində iltihablaşma, allergiya və quruluğa səbəb olur. Bu həm də uzaqgörümə problem də yaradır.

Gözdə sulanma, qaşıntı, ağrı, oxumaqda çətinlik çəkmək, diqqət problem xəstəliklərin ilk əlamətidir.

Bunun üçün də iş yerlərində yüngül tonlu işıqlandırma sistemi qurulmalıdır. Şəkər xəstələri və idmançılar göz dibi müayinəsini təxirə salmamalıdırlar.

Makiyaj ləvazimatlarını heç kimlə ortaq istifadə etməyin. Göz soyuqlaması olaraq tanınan konjuktiv göz qələmi, tuj kimi ləvazimatlardan keçə bilər.

Xüsusən də, göz rəngi açıq olan insanlar Günəş şüalarına həssas olur. Bu insanlar göz rəngi tünd olanlara nisbətən daha həssas olduqlarından, Günəş şüalarının təsirindən qızartılar yarana bilir. Ona görə də həmin şəxslərin günəş eynəklərindən istifadə etməsi məsləhət görülür.

Günün əsas hissəsini kompüter qarşısında keçirənlər allergiya, quruluq, kirpik diblərində iltihab rast gəlinir. Bu şəxslərin tez-tez fasilə vermələri, göz qırpmaları lazımdır.

Gözünüz hər hansı zərbəyə məruz qalıb və ya içinə yad cisim düşübsə, onu ovxalamayın. Bol su ilə yuyub həkimə müraciət edin.

Əlinizlə başqalarının göz yaşını silməyin. Həmin insanın gözündə qızarma, sulanma varsa bu keçirici ola bilər. Hansı əlinizlə toxunmusunuzsa, sabunla yuyun.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR