• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Azərbaycanın qonşuluğunda SPİD kabusu - TƏHLÜKƏ

Azərbaycanın qonşuluğunda SPİD kabusu - TƏHLÜKƏ

İranda cinsi yolla və narkotik maddələri iynə vasitəsilə SPİD (QİÇS) yoluxma halları artıb. Bunu İranın QİÇS Araşdırmalar Mərkəzinin sədri xanım Mino Mohraz deyib.

İranın İRNA agentliyinin verdiyi məlumata görə, M.Mohraz deyib ki, Səhiyyə Nazirliyinin rəsmi statistikasına görə, ölkədə 30 minə yaxın SPİD-ə yoluxmuş şəxs qeydiyyatdadır, lakin qeydiyyata düşməyənlərin sayı 100 min nəfərdən çoxdur: “Narkotik maddələri xüsusi ilə iynə vasitəsindən istifadə narkotik aludəçiləri arasında cinsi əlaqələrin 10 faiz artmasına səbəb olur. Bu da QIÇS-ə yoluxma ilə nəticələnir. Bir çox hallarda narkotik istifadəçiləri bu virusun daşıyıcısı olduqlarından xəbərsizdirlər”.

M.Mohraz deyib ki, ölkədə bütün qurumlar narkotiklərlə mübarizədə birləşməlidir: “Ona görə ki, narkotikdən istifadə əxlaqsızlıq və yoluxucu xəstəliklərin artmasına gətirib çıxarır”.

Qeyd edək ki, İran KİV-lərinin məlumatına görə, İranda SPİD-ə yoluxmuş şəxslərin 46,1 faizi 25-36 yaşlı gənclərdir. Ölkədə SPİD-ə yoluxanların 69 faizi isə bu virusa narkotik maddələri iynə vasitəsilə qəbul etməklə yoluxublar.

SPİD nadir xəstəliklərdəndir ki, İranda bir sıra mental və dini səbəblərə görə gizli saxlanılıb. Eləcə də insanlar bu xəstəliyin necə yayılması haqqında məlumatsız olduqlarından bu ölkədə SPİD-ə yoluxanların sayı kəskin artıb. /Trend/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR