ÜST-dən ŞOK etiraf: Ebola qarşısında acizik
Bizi izləyin

Sağlamlıq

ÜST-dən ŞOK etiraf: Ebola qarşısında acizik

Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) Ebola epidemiyasın ən geniş yayıldığı 3 Afrika ölkəsinin paytaxtlarında xəstəliyin dərin kök saldığını bildirir.

Publika.az BBC-yə istinadən xəbr verir ki, təşkilatın direktor müavini Bruce Aylward Qvineya, Liberiya və Syerra Leonedə epidemiyanın qarşısının alınmasına yönələn beynəlxalq addımların yetərli olmadığını deyib.

Hər üç ölkə xəstəliklə mübarizə aparmaq üçün daha çox yardım üçün müraciət edib.

O, 12 gün əvvəlki durumla müqayisədə vəziyyətin daha pisləşdiyini deyib: "Xəstəlik paytaxtlarda dərin kök salıb. Virusa yoluxanların 70 faizi ölür".

"Biz döyüşdə qalib gəlmirik"

Beynəlxalq Sərhədsiz Həkimlər (MSF) təşkilatı da Gvineya paytaxtında xəstəlik hallarının kəskin şəkildə artdığını xəbər verir.

Cümə günü BBC-ə müsahibəsində təşkilatın prezidenti xəstəliyin yayılması ilə bağlı fəlakətli nəticələrə yol verməmək üçün beynəlxalq ictimaiyyəti təcili müdaxilə etməyə səsləyib.

"Biz döyüşdə qalib gəlmirik", MSF təmsilçisi Joanna Liu deyib.

Onun sözlərinə görə, indiyədək xəstəlikdən ölən hər 20 adamdan biri tibb işçisidir.

Bu arada İspaniyadakı xəstəxanada Ebola ilə yoluxma halı ilə bağlı 7 nəfər həkim nəzarəti altında saxlanılır.

Onların arasında Qərbi Afrikadan gələn missioneri müalicə edərkən virusa yoluxmuş tibb bacısı Teresa Romero ilə təmasda olmuş iki bərbər də var.

Ağır xəstə olan xanım Romeronun ölüm riskilə üzləşdiyi bildirilir.

Virusa yoluxanların 200-dən çoxu tibb işçiləridi

ABŞ isə artıq Ebola epidemiyasını HİV/AİDS-lə müqayisə edir.

"İctimai səhiyyə sahəsində işlədiyim 30 il ərzində buna bənzər yeganə şey AİDS olub", - ABŞ səhiyyə nazirliyinin təmsilçisi Thomas Frieden Vaşinqtonda keçirdiyi toplantında bildirib.

Ebola xəstəliyinin yayılması nəticəsində əsasən, Afrikanın qərbində 3879 nəfər ölüb, 8033 nəfər virusa yoluxub.Virusa yoluxanların 200-dən çoxu məhz tibb işçiləridi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm