Müalicəsi mümkün olmayanlara din xadimlərindən kömək
Bizi izləyin

Sağlamlıq

Müalicəsi mümkün olmayanlara din xadimlərindən kömək

Müalicəsi mümkün olmayan, həyatı təhlükəli xəstələr üçün palliativ xidmət mərkəzləri yaradılır. Bu mərkəzlərdə 10-20 yerlik məşğələ, müayinə, televizor otağı və mərbəx olacaq. Xəstələrə 8 mütəxəssisdən ibarət həkim qrupu və din xadimləri də baxacaq.

Publika.az-ın məlumatına görə, Türkiyədə yaradılması planlaşdırılan mərkəzlər xərçəng, ürək-damar, böyrək çatışmazlığı kimi xəstələrin müalicə müddətini rahat keçirmələri üçündür. Bu mərkəzlər xəstəxanaların nəzdində yaradılacaq.

Mərkəzlərdə yalnız tibbi işçiləri deyil dietoloq, psixoloq, və din xadimləri də xidmət göstərəcək. Onlar xəstələrə psixoloji və mənəvi dəstək verəcək.

Bu mərkəzlərin yaradılması ilə bağlı hazırlanmış göstərişdə məqsədin həyat üçün təhlükəli hesab edilən xəstələrin ağrı və digər problemlərinin vaxtında aşkarlanması, onlara ailələri ilə birlikdə tibbi, psixoloji və mənəvi dəstəyin göstərilməsi olduğu bildirilib.

Bu mərkəzlər yalnız ağrı və simptomların aradan qaldırılması ilə məhdudlaşmayacaq, xəstə yaxınlarına da bəzi xidmətlər göstəriləcək.

Psixoloq və din xadimləri isə ölümü qəbul etmə, məlumatlanma və yas ilə mübarizə mövzusunda köməkçi olacaq.

Qeyd edək ki, dünyaca məşhur Time Jurnalı, 2009-ci il Fevral ayındakı qapağında "Din Necə yaxşılaşdırar?" Sualını soruşaraq elm və din arasındakı əlaqəni ələ almışdı. "İnancın bioqrafiyası" başlıqlı məqalədə, din ilə elmin bir-biriylə gündəlik həyatda davamlı mübarizə halında olduğu, ancaq bir az mənəviyyatın sağlamlıq üçün yaxşı olduğu mövzusunda uzlaşıldığını yazmışdı.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm