• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Mərkəz var, həkim yoxdu - Tovuzda

Mərkəz var, həkim yoxdu - Tovuzda

Tovuzda Müasir standartlara cavab verən Diaqnostika və Hemodializ Mərkəzi yaradılsa da. fəaliyyət göstərmir.

Publika.az-ın məlumatına görə, mərkəz rəhbərliyi burdakı avadanlıqları işlətmək üçün mütəxəsis tapa bilmir.

“Biz həkim kadrlarının çatışmazlığından ciddi əziyyət çəkirik. Əsas problemlərimiz budur. Həmin aparatlar işləmir. Çünki onları işlədəcək kadrlarımız yoxdur”, - Diaqnostika və Hemodializ Mərkəzinin baş həkimi Xanoğlan Nuriyev TTV kanalına müsahibəsində deyib.

Mərkəz rəhbərinin sözlərinə görə, müəssisə müasir standartlara cavab verən avadanlıqlarla təmin olunub. Eyni vaxtda 20 xəstəni qəbul edəcək hemadializ aparatları var. Amma aparatlardan başı çıxan mütəxəssi yoxdu.

Qeyd edək ki, hazırda Qərb bölgəsində 308 nəfər böyrək çatışmazlığından əziyyət çəkir. Onlar hələ də hemodializ almaq üçün Bakıya və ya ayrı-ayrı rayonlara üz tuturlar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR