Eboladan ölənlərin sayı 4447 nəfərə çatdı
Bizi izləyin

Sağlamlıq

Eboladan ölənlərin sayı 4447 nəfərə çatdı

Ebola virusundan ölənlərin sayı 4447 nəfərə çatıb. Onların da əksəriyyəti Qərbi Afrika ölkələrinin vətəndaşlarıdı.

Pubıika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumat yayıb.

ÜST baş katibinin köməkçisi Bryus Aylvard xəstəliyə qarşı görülən səylərə baxmayaraq, yaxın 2 ay ərzində Ebolaya yoluxanların sayının 10 000-ə çatacağını istisna etməyib. Hazırda isə 8914 nəfər bu xəstəliyin qurbanıdı. Həftənin sonunadək isə bu rəqəmin 9,000-dək artacağı proqnozlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm