Həccdən qayıdan indoneziyalı eboladan öldü
Bizi izləyin

Sağlamlıq

Həccdən qayıdan indoneziyalı eboladan öldü

Türkiyədə daha bir ebola faktı aşkarlandı.

İndoneziyadan gələn turist İstanbulun Atatürk hava limanında halı pisləşdiyinə görə xəstəxanaya aparılıb və oradaca ölüb.

Bu hadisə hava limanındakı digər vətəndaşlar arasında həyəcana səbəb olub. İndoneziyalı Rabiizayyau Hakseyə təcili yardım həkimləri tərəfindən yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Həcc ziyarətinə getdiyi Səudiyyə Ərəbistandan qayıdan R.Hakse ölkəsinə qayıtmaq üçün təyyarə gözləyərkən vəziyyəti pisləşib. Turistin qanında şəkərin miqdarının yüksək olduğu müəyyən edilib.

Nəşi izolə edilən İndoneziya vətəndaşının öldüyü yer karantinə alınıb. Xəstəxana həkimlərinə ebola virusuna qarşı xəbərdarlıq edilib. Turistdən qan nümunələri götürülərək, xarici ölkəyə göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm