Ebola virusuna qarşı vaksin hazırlandı
Bizi izləyin

Sağlamlıq

Ebola virusuna qarşı vaksin hazırlandı

Kanada hökuməti Ümumdünya Səhiyyə Təşkilatına Ebola xəstəliyinə qarşı mübarizə üçün eksperimental vaksinin 800 dozasını göndərəcək.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, vaksinlər üç partiyada göndəriləcək.Ümumdünya Səhiyyə Təşkilatı isə vaksinləri Ebolo virusunun yayıldığı Afrika ölkələr arasında bölüşdürəcək.

Vaksin Kanadanın Vinnipeq şəhərində yerləşən Dövlət Milli Mikrobiologiya Loratoriyasında hazırlanıb. Amerika şirkəti “Nyu Link Qenetiks” Kanadada vaksin istehsalı lisenziyasına malikdir. Hələ avqust ayında korporasiyadan bildirilmişdi ki, bir-iki ay ərzində minlərlə vaksin dozasını istehsal etməyə başlayacaqlar.

Qeyd edək ki, Ebola virusu 2014-cü ilin fevralında Qvineyada qeydə alınmışdı. Xəstəlik sonradan Syerra Leone, Liberiya, Nigeriya, Konqo və Seneqala yayılıb. Virusa yoluxma halları ayrı-ayrılıqda ABŞ və Avropada da rastlanıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, təxminən 8,5 min insan Ebola virusuna yoluxub. Onlardan dörd mindən çoxu ölüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm