“Viaqra” təkcə yataqda işə yaramır, həm də...
Bizi izləyin

Sağlamlıq

“Viaqra” təkcə yataqda işə yaramır, həm də...

Erektil disfonksiyondan (cinsiyyət orqanının sərtləşməsi pozğunluğu) qurtulmaq üçün istifadə olunan “Viagra” preparatı ürək-damar xəstəliklərinin müalicəsi üçün təhlükəsiz vasitə kimi də istifadə edilə bilər.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “BMC Medicine” jurnalında dərc edilmiş tədqiqatda deyilir.

Romanın Sapienza Universitetinin alimləri 1622 pasiyent üzərində “Viaqra”nın təsirini tədqiq edib. Alimlər belə nəticəyə gəliblər ki, tibbi preparat ürəyin sol mədəciyin hipertrofiyasının qarşısını almağa imkan verir.

Tədqiqatda həmçinin deyilir ki, “Viagra” bütün pasiyentlərdə arterial təzyiqə mənfi təsir etmədən ürəyin məhsuldarlığını artırır. Alimlərdən "Viaqra”nın köməyi ilə ürək-damar xəstəliklərinin müalicəsinin effektivliyi haqqında son nəticələr üçün preparatın ciddi kliniki tədqiqatları tələb olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm