• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ebolaya qarşı peyvənd yanvarda hazır olacaq

Ebolaya qarşı peyvənd yanvarda hazır olacaq

Ebola xəstəliyinə qarşı eksperimental peyvənd yanvar ayına qədər istifadəyə verilə bilər.

Publika.az xəbər verir ki, bua barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Ümumdünya Səhiyyə Təşkilatının direktor müavini doktor Mari Pol Keni Ebola xəstəliyinə qarşı peyvəndlərin Avropada, Birləşmiş Ştatlarda və Afrikada kliniki təcrübələrdən keçirildiyni deyib. Onun sözlərinə görə, peyvəndlər təhlükəsizdir və Qərbi Afrika ölkələrində yanvar ayında təcrübədən keçirilə bilər.

Cenevrədə müxbirlərlə danşan doktor Kieni Ebola xəstəliyinə qarşı peyvəndin geniş istifadəyə nə zaman veriləcəyi ilə bağlı bir söz deməyib.

Qeyd edək ki, Ebola xəstəliyi Qərbi Afrikada bu il 4500-dən çox insan ölümünə səbəb olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR