Təhlükəli virusun Azərbaycan üçün qorxusu varmı?
Bizi izləyin

Sağlamlıq

Təhlükəli virusun Azərbaycan üçün qorxusu varmı?

“Korono virusu Azərbaycan üçün təhlükəli deyil. Hər bir xəstəliyin yayılması üçün ona uyğun şərait olmalıdır. Ebola kimi Korono virusunun da ölkəmizdə yayılma təhlükəsi yoxdur”.

Bunu Publika.az-a açıqlamasında Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov deyib. Onun sözlərinə görə, virusun yayılması üçün Azərbaycanda uyğun şərait yoxdur:

“Viruslar idarə edilən və edilməyən olur. İdarə edilməyən virusların peyvəndi olmur, onlar, əsasən, hava-damcı üsulu ilə yayılır. Bundan başqa, həmin viruslar həm də uyğun şəraitdə kütləvi yoluxma üçün şərait yaradırlar. Necə ki, Ebola Afrika ölkələrində yayılır, lakin Avropa, ABŞ-da yalnız bir neçə fakt aşkarlanır, kütləviləşmir, bu baxımdan Korono virusunun da Azərbaycanda yayılma təhlükəsi sıfıra bərabərdir. Bu virusun ətraf mühitdə yaşama şansı da çox azdır”.

Ş.Qurbanov əhalini təşvişə düşməməyə çağırıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında Həcc ziyarətindən qayıdan 5 nəfərdə Korona virusu aşkarlanıb.

Korona insanlar və heyvanların tənəffüs yolu ilə yoluxduğu virus növüdür. İlk dəfə 1965-ci ildə aşkar edilən virus həzm sisteminə də təsir edir. Bir neçə fərqli növü olan bu virusa bütün yaş qruplarında olan insanlar yoluxa bilərlər. Koronaya qış və payız aylarında yoluxma imkanı böyükdür. O, kiçik uşaqlar və yaşlı insanlarda alt tənəffüs yollarına da təsir edir.

Öldürücü Koronanın əlamətləri burun axması, öskürək, boğaz ağrısı və qızdırmadır. Bu virusa onun daşıyıcısı olan şəxslə uzun müddət təmasda olan sağlam insan da yoluxa bilər. Virusa qarşı qoruyucu peyvəndlər mövcud deyil və xəstəliyin müalicəsi yoxdur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm