• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Xərçəng hüceyrəsini məhv edən virus tapılıb

Xərçəng hüceyrəsini məhv edən virus tapılıb

Çin alimləri xərçəng hüceyrələrini məhv edib normal hüceyrələrə toxunmayan virus hazırlayıblar.

Publika.az-ın məlumatına görə, çinli alimlər virusu artıq sınaqdan da keçiriblər.

M1 adı ilə tanınan virus ölkənin cənubundakı Haynan vilayətində mövcud olan ağcaqanaddan alınıb. Virusun qara ciyər, dalaq, yoğun və düz bağırsaqda xərçəng hüceyrələrinin böyüməsinin qarşısını aldığı bildirilir. Hələlik virus yalnız siçanlar üzərində təcrübədən keçirlib.

Çinin dövlətə məxsus radiosunun verdiyi məlumata görə, alimlər virusu gələn həftə meymunlar üzərində təcrübədən keçirməyə hazırlaşır. Virusu aşkar edən Sun Yat-Sen universitetinin alimlərindən ibarət qrupa tədqiqatçı alim yan Quanmey başçılıq edib. O, müxbirlərlə tədqiqatçıların xərçəng xəstəliyinin müalicəsində böyük dönüş yaradacağına inandığını deyib və alimlərdən ibarət qrupun kliniki testləri üç ay ərzində başlaya biləcəyini əlavə edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR