• USD 1,7475 +0,16% EUR 1,8490 +0,35%
    • GBP 2,1933 +1,03% RUB 0,0303 +0,66%

AİDS xəstələrini sağaldacaq yenilik

AİDS xəstələrini sağaldacaq yenilik

Fransalı alimlər AİDS-lə mübarizədə yenilik əldə ediblər. Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, koalalar üzərində aparılan araşdırmada onlarda İİV-ə bənzər virusa müqavimət yaradacaq üsulu əldə ediblər. Bu üsulla virus DNT-də təsirsiz hala düşür. Alimlər bu üsulun İİV-də də tətbiq edilməsinin mümkünlüyünü bildiriblər.

İİV daşıyıcısı olan, lakin xəstəliyin əlamətləri görünməyən 2 nəfərin gen xətirəsini araşdıran alimlər, genlərdə yaranan bəzi dəyişiklik nəticəsində virusun çoxalmadığını və onu təhlükəsizləşdirməyin mümkün olduğunu bildiriblər.

Virusun DNT-də qaldığını və xəstələrin sağaldığını müəyyən edən alimlər bunun səbəbini də araşdırıblar.

Onların araşdırmasına görə, apobec adlı fermet virusun genlərə işləyərək AİDS xəstələrini sağaldır.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR