Çində Ebola virusundan qorunmaq üçün kostyum hazırlanıb
Bizi izləyin

Sağlamlıq

Çində Ebola virusundan qorunmaq üçün kostyum hazırlanıb

Çin alimləri Ebola virusundan qorunmaq üçün kostyum hazırlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qoruyucu kostyumun hazırlayanlardan biri filt sistemlərinin köməyi sayəsində virusun nüfuzetmə şansının 0,01 faizə bərabər olduğunu bildirib.

Çinin “Crown Name Disposable Hygiene Products Fty”. Ltd.” şirkəti kostyumun modelini xarici alıcılara nümayiş edib. Şirkətin satış üzrə meneceri Gao Yan bildirib ki, kostyum germetik materialdan hazırlanıb.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, Ebola virusundan səkkiz ölkədə 4951 insan həlak olub. Ümumilikdə isə 13567 virusa yoluxma hadisəsi qeydə alınıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm