Sağlamlıq
Yaydan necə sağ çıxaq? - Kardioloq məsləhəti
Havaların kəskin istiləşməsi ilə əlaqədar səhhətimizdə dəyişiklik baş verir. Orqanizm istiyə alışana qədər günlük iş rejimi alt–üst olur. İstilərdən sağ-salamat çıxmaq üçün isə bəzi ehtiyat tədbirləri var ki, uşaqdan böyüyə hamı əməl etməlidir.
Mərkəzi Klinik Xəstəxananın kardioloqu Təranə Eyvazova Publika.Az-a
bildirdi ki, yayda havanın hərarətinin yüksəlməsi istiyə həssas
insanların orqanizmində problem yaradır. Belə ki, isti havada
ultrabənövşəyi şüaların təsiri nəticəsində qan təyziqi yüksək olan,
hipertaniyadan əziyyət çəkənlərin səhhəti pisləşə bilər.
Günvurmadan başqa istivurmadan da qorunmaq vacibdir. İstinin
gətirdiyi əsəb gərginliyi impulsivliyi artırır. Eyni zamanda, qan
təyziqinin düşməsi bayılmalara səbəb ola bilər.
Tərləmə artıdığına görə böyrəklərin funksiyasında “istirahət dövrü”
yaranır. Ona görə də qan qatılaşır. Qanın qatılaşması isə qan
təyziqinin yüksəlməsinə, ürəyin işemik xəstəliyinə, insulta səbəb
ola bilər.
İstidən qorunmaq üçün günün qızmar saatlarında küçəyə çıxmaq
orqanizm üçün təhlükəlidir. Əsasən də azyaşlıların səhhətinə
nəzarət etmək lazımdır. Günəşdən qorunmaq üçün papaqlardan,
çətirlərdən istifadə etmək vacibdir.
Təranə Eyvazova onu da qeyd etdi ki, təkcə günvurmadan yox, istidən
də ürək sıxılma, əsəb gərginliyi müşahidə oluna bilər. Küçəyə
əlində sadə, soyuq su ilə çıxmaq təhlükəni azaldar. Qazlı su isə
gərginliyi azaltmaq yerinə, daha da artırır.
Günay Muradlı
Publika.AZ
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK