Şirniyyat yaddaşa mənfi təsir edir
Bizi izləyin

Sağlamlıq

Şirniyyat yaddaşa mənfi təsir edir

Bəzi peçenye, tort və şirniyyatların tərkibində olan yağ insanların yaddaşına mənfi təsir edir.

Restoranlarda qidaya xüsusi dad vermək və məhsulun uzunmüddətli qalması üçün trans-yağ adlanan maddə əlavə olunur. Bu yağdan yenidən hazırlanmış qida məhsullarının istehsalında da istifadə edilir. Bu tipli yağlar bitki yağına hidrogen əlavə etməklə hazırlanır. Alınan qarışıq daha qalıcı və möhkəm olur.

Trans-yağlı qidalar qəbul edən yaşı 45-ə qədər olan 1000 insan arasında araşdırma aparılıb. Müəyyən olunub ki, sorğuda iştirak edən insanların yaddaşının çox zəif olduğu ortaya çıxıb. Tədqiqatçıların sözlərinə görə, məhsulun müddətinin uzadılması üçün istifadə olunan trans-yağlar həm də insanların ömrünü qısaldır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm