Mobil telefon onurğaya düşən yükü artırır - TƏDQİQAT
Bizi izləyin

Sağlamlıq

Mobil telefon onurğaya düşən yükü artırır - TƏDQİQAT

Amerika alimləri müəyyən ediblər ki, mobil telefonlardan müntəzəm istifadə edilməsi onurğanın yükünü artırır. S

Publika.az xəbər verir ki, sosial şəbəkələrdə yazışma, elektron poçt, saytlara baxış iki saatdan dörd saatadək vaxt aparır. Bu zaman baş qeyri-təbii pozada olduğundan onurğanın boyun və döş qəfəsi hissələrinə daha çox ağırlıq düşür.

Başın qarşıya doğru əyilməsi boyun üçün əlavə yük yaradır və onurğanın, fəqərələrarası disklərin bağlarının köhnəlməsinə gətirib çıxarır. Alimlər belə bir misal göstərirlər: insan başını 60 dərəcə aşağı əydikdə onurğaya düşən əlavə yükün ağırlığı 27 kiloqrama çata bilər. Smartfondan adi qaydada istifadə olunduqda (başın mailliyi 15-30 dərəcə olduqda) yük 12-18 kiloqram artır.

Alimlər hər bir insana öz sağlamlığına diqqətlə yanaşmağı və telefondan istifadə edərkən onurğaya diqqət yetirməyi məsləhət görürlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm