Ebolaya qarşı vaksin sınaqdan keçirildi
Bizi izləyin

Sağlamlıq

Ebolaya qarşı vaksin sınaqdan keçirildi

ABŞ-da Ebola virusuna qarşı hazırlanmış vaksin ilk klinik sınaqlardan uğurla keçib. O, 20 könüllü üzərində sınanıb və müsbət nəticə əldə edilib. Yekunda hər bir pasiyentin immunitetinin Ebolaya qarşı antigen hasil etdiyi bəlli olub.

Publika.az-ın məlumatına görə, sınaqlar zamanı qısamüddətli qızdırmadan başqa heç bir kənar təsir qeydə alınmayıb.

Bu uğuru alqışlayan Prezident Barak Obamanın dekabrın 2-də ölümcül xəstəliyə qarşı vaksinin hazırlandığı allergik və infeksion xəstəliklər üzrə milli instituta gələcəyi bildirilir. Barak Obama, həmçinin 2015-ci ildə virusla mübarizəyə əlavə büdcə vəsaiti ayırmaq üçün Konqresə müraciət etməyi də planlaşdırır.

Dünya Səhiyyə Təşkilatının son məlumatına görə Qərbi Afrikada Ebola virusundan ölənlərin sayı 5,7 min nəfərə çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm