Ebolanı aşkarlayan 15 dəqiqəlik test
Bizi izləyin

Sağlamlıq

Ebolanı aşkarlayan 15 dəqiqəlik test

Qan və tüpürcək nümunələri ilə 15 dəqiqə ərzində Ebola diaqnozu qoymaq mümkün olacaq. Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Qvineyalı alimlər iddia irəli sürüb.

Alimlər iddia edir ki, günəş enerjisi ilə işləyən laboratoriya hazırda istifadə edilən laboratoriyalardan 6 dəfə sürətli işləyir. Bu da xəstəliyə tutulanların yaşama şansını artıracaq və virusun yayılmasının qarşısını alacaq. Bu laboratoriyanın ilk sınağı Qvineyanın Konarki müalicə mərkəzində keçiriləcək.

Bu laboratoriyalar aşağı enerji ilə işləyə biləcək. Xəstəxanaların olmadığı ərazilərdə Ebolanın aşkarlanması həyata keçiriləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm