Sağlamlıq
Şəkidə 35 min uşaq müayənə olunub
Şəkidə də 18 yaşadək uşaqların icbari tibbi müayinədən keçirilməsi davam edir.
Şəki Birləşmiş Uşaq Xəstəxanasının konsultativ poliklinikasının müdiri Qabil Qədimovun bildirdiyinə görə, rayonda 18 yaşadək 38 min 955 uşaq var. Bu ilin 11 ayı ərzində rayon üzrə 35 mindən çox uşaq icbari dispanserizasiyadan keçirilib. Aparılan tibbi müayinələr zamanı 7015 uşaqda müxtəlif xəstəliklər aşkar edilib. Həyata keçirilən sağlamlaşdırıcı tədbirlər nəticəsində onlardan 3028 nəfəri tam müalicə olunaraq dispanser qeydiyyatından çıxarılıb. Hazırda 3987 uşaq poliklinikada dispanser qeydiyyatındadır.
Poliklinika müdirinin dediyinə görə, şəhərin bütün ümumtəhsil məktəblərində, məktəbəqədər tərbiyə müəssisələrində, eləcə də uşaq evində, internat məktəbində uşaqların icbari tibbi müayinəsi artıq başa çatdırılıb. Kənd yerlərində də müayinələr yekunlaşmaq üzrədir.
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom