Ebolaya qarşı hazırlanan vaksin özünü doğrultmadı
Bizi izləyin

Sağlamlıq

Ebolaya qarşı hazırlanan vaksin özünü doğrultmadı

Qərbi Afrikada 7 minə yaxın insanın ölümünə səbəb olan Ebola virusuna qarşı hazırlanan vaksinin sınaqları dayandırılıb.

Publika.az-ın məlumatına görə, bu barədə vaksinin sınaqdan keçirildiyi xəstəxandan yazılı açıqlama yayılıb.

Açıqlmada bildirilir ki, İsveçrədəki könüllülərə vaksin vurulduqdan sonra gözlənilmədən əlavə təsirləri ortaya çıxıb. Belə ki, könüllülərin əksəriyyəti iynədən sonra əl və ayaqlarında kəskin oynaq ağrılarından şikayətləniblər.

Bu səbəbdən vaksinin sınaqları müvəqqəti olaraq dayandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm