• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Sensasiya: Xərçəngdən necə xilas olmaq olar?

Sensasiya: Xərçəngdən necə xilas olmaq olar?

Amerika araşdırma institutu yeni nailiyyətlər əldə edib. Onlar nəhayət ki, xərçəng xəstəliyinin qarşısını ala biləcək səbəbləri tapa biliblər.

Axar.az-ın xarici mənbələrdən əldə etdiyi məlumata əsasən, dünya üzrə yüz qırx səkkiz araşdırma institutundan yalnız Amerika Kaliforniya ştatında yerləşən tədqiqatlar institutu xərçəng xəstəliyinin qarşısını ala biləcək faktları sadalayıb.

Hal-hazırda xərçəng xəstəliyi bütün dünyada geniş yayılıb; qırx dörd faiz kişi, otuz doqquz faiz qadında rast gələn bu xəstəliyin çarəsi indiyə qədər tapılmayıb. Son otuz ildə bu xəstəliklə mübarizədə müxtəlif növ texnoloji preparatlar və vaksinlər ixtira edilsə də, bu, xəstəliyə tutulan şəxsləri ölümdən xilas edə bilmir.

Amerikan alimləri isə XXI əsrin bəlası hesab edilən xərçəngə tutulmamaq üçün yollar axtarıb tapıblar.

Əvvəlcə xərçəng xəstəliyinin yaranmasına səbəb olan amillərə nəzər salaq:

• Rentgen şüalanması

• günəşin ultra-bənövşəyi şüaları

• ionlaşdırılmış (mikrodalğalı sobalar və məişət texnologiyasında istifadə edilən ionlaşdırılmamış şüalanma)

• elektrik ötürücü xətləri

• nüvə şüalanması

• pestisidlər və herbisidlər (alaq otlarını məhv etmək üçün kimyəvi maddələr)

• sənaye zəhərləri

• çirkli, xlor və ya ftorlu su

• siqaret

• hormonal terapiya

• immuniteti zəiflədən antibiotiklər

• radioaktiv şüalanma ilə hazırlanan qida qatqılarının qəbulu

• civəli intoksikasiya

• diş və diş boruları üçün istifadə edilən plomb materialları

• tibbi preparatların yerli-yersiz istifadəsi

• qida maddələrinin çatışmazlığı

• sintetik qida istifadəsi

• xroniki stress

• mənfi emosiyalar

• zəifləmiş qalxanvarı vəz

• mədə-bağırsaq yolunun intoksikasiyası

• parazitlər

• viruslu, bakterial və göbələk infeksiyaları

• bədəndə şlaktəmizləyici kanalların qapanması

• genetik meylilik

• fiziki qıcıqlandırıcı (asbest tozu və s.)

• spirtli içkinin istifadəsi

Alimlərin fikrinə əsasən, bu siyahıdan uzaq qalan hər kəs xərçəngə tutulma riskindən azaddır. Xərçəngə tutulma daha çox 45-55 yaşlı insanlarda müşahidə edilir; bu illərlə bədəndə toplanıb qalan mənfi enerji və xəstəliklər, düzgün qurulmayan qida rasionu hesabınadır. 45-55 yaş insan həyatının 14 min 500 gününə bərabərdir ki, bu zaman orqanizm artıq yaşadığı həyat tərzindən “yorulmuş” hesab edilir.

Xərçəngə tutulmamaq üçün minerallarla (enzim və probiotiklər) zəngin sağlam qidalanmaya keçmək zəruridir.

Daha sonra 15-20 gün müddətində “az istifadə edilən” və eyni zamanda məlum B 17 preparatını qəbul etmək lazımdır. Növbəti həftələr ərzində rasiona çiy kələm əlavə etmək immunitet sistemini xeyli gücləndirir. Aşağıda sadalanan qida rasionu xərçəng riskinə tutulmadan tam azad edir:

• dəniz yosunları (misal üçün xlorella, spirulin)

• fetmentli qidalar (tərəvəz, kefir)

• müalicəvi əhəmiyyətə malik göbələklər (reyşa, çaqa)

• adaptoqen otlar: astraqal, qinostemiy, jenşen, eleuterok, qodji

• aloye

• çətənə

• qocci qiləmeyvəsi

• arı tozcuğu

• sarımsaq

• bostan kələmi

• brokkoli

• rəngli kələm

• sulu kress

• keşniş

• meşə giləmeyvələri

• nar

Yalnız təmiz su qəbul etmək, dərini birbaşa təsir edən günəş şüalarından qorumaq zəruridir; gün ərzində bu, 15-20 dəqiqədən artıq olmamalıdır. Eləcə də açıq havada gəzmək və mütəmadi olaraq ay ərzində bir dəfə qəhvəli imalə və bağırsaq hidroterapiyasını həyata keçirmək lazımdır.

Tamamilə uzaqlaşmaq məsləhət görülən qidalar

• xırdalanmış qənd

• adi süd məhsulları (qeyri-orqanik və pasterizə edilmiş)

• yapışqan maddəli dənli bitkilər (buğda, arpa, spelta)

• soya yağları (orqanik və fermetlənmiş yağlardan başqa)

• donuz əti

Həyat və iş rejimində gərginlik keçirən insanlarda bu xəstəliyə tutulma riski 4%-5% təşkil edir. Əsəb və gərginlikdən uzaq həyat isə xərçəng xəstəliyinə tutulma riskini azaldır.

- See more at: http://axar.az/news/37510#ad-image-0

Xəbər lenti

DAHA ÇOX XƏBƏR