Malyariyadan ölənlərin 80 faizdən çoxu 5 yaşına çatmamış uşaqlardır
Bizi izləyin

Sağlamlıq

Malyariyadan ölənlərin 80 faizdən çoxu 5 yaşına çatmamış uşaqlardır

2012-ci ildə Ümumdünya Malariya ilə Mübarizə Gününün mövzusu "Qazandıqlarımızı saxlayaq, həyatları xilas edək: malariya ilə mübarizəyə sərmayə qoyaq"dır.

Malariya xəritəsinin, bundan əvvəlki onillikdə olduğu kimi, ixtisarının davam etməsi və ya parazitlərin fəaliyyəti nəticəsində malariyanın yenidən bərpa olunması əhəmiyyətli dərəcədə qarşıdakı illər ərzində bu xəstəliyə qarşı nəzarət səylərinə sərmayə kimi qoyulacaq resurslardan asılı olacaq. Publika.Az xəbər verir ki, bu barədə çərşənbə günü Trend-ə Ümumdünya Səhiyyə Təşkilatından məlumat verilib.

2007-ci ilin may ayında Ümumdünya Səhiyyə Assambleyasının 60-cı sessiyasında təsis edilmiş Ümumdünya Malariya ilə Mübarizə Günü malariyaya qarşı effektiv nəzarətin təmin edilməsi üçün dünya miqyasında göstərilən səylərin dəyərləndirilməsi günüdür.

Hazırda dünyanın 99 ölkəsində malariya ilə yerli yoluxma mövcuddur və 3,3 milyarddan artıq insan bu xəstəliyə yoluxma riski altındadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına əsasən, 2010-cu ildə təxminən 216 milyon malariya hadisəsi qeydə alınıb və bu xəstəlik nəticəsində 655 minə yaxın insan vəfat edib. Qurbanların 86 faizi 5 yaşına çatmamış körpə uşaqlardır və malariya ilə bağlı ölüm hallarının 90 faizindən çoxu ÜST-nin Afrika Regionunda baş verir. 2000-ci ildən bəri dünya üzrə malariyanın payı 17 faiz azalıb, eyni zamanda, malariya ilə bağlı ölüm halları da 26 faiz azalıb.

Son 16 il ərzində malariyaya qarşı intensiv mübarizə tədbirləri sayəsində ÜST-nin Avropa Regionunda qeydə alınmış malariya hallarının sayı əhəmiyyətli dərəcədə azalıb: bu rəqəm 1995-ci ildə 90 712 olduğu halda, 2011-ci ildə 62-yə qədər azalıb. Buna əlavə olaraq, 2011-ci ildə Yunanıstanın Lakonika bölgəsində yerli yoluxma nəticəsində 40 P.vivax hallarından ibarət kiçik alovlanma barədə məlumat yayılıb.

Regionun malariyaya məruz qalmış bütün ölkələri 2008-ci ildən başlayaraq, nəhayət, xəstəliyin eliminasiyası üçün tədbir görməyə başlayıblar və yeni reallıqları əks etdirmək üçün özlərinin milli strategiyalarını yenidən işləyib hazırlayıblar. Hər hansı bir ölkə ardıcıl olaraq üç il ərzində yerli yoluxma nəticəsində malariyaya hallarının sıfır göstəricisinə nail olarsa ÜST-yə malariyadan azad ölkə kimi sertifikasiya üçün müraciət edə bilər.

Azərbaycanda malariya ilə bağlı (yalnız P.vivax malyariyası) vəziyyət 1990-cı illərin əvvəlindən kəskin şəkildə pisləşməyə başlamışdı. 1993-1994-cü illərdə malariya ilə yoluxma halları 23-dən 667-yə qədər artmış, 1996-cı ildə isə malariyaya hallarının sayı 13 135-ə çatmışdı. Bu, əsasən pisləşən sosial-iqtisadi vəziyyət, təsərrüfat təcrübələrinin dəyişməsi və təsərrüfat işçilərinin mövsümi miqrasiyası, eləcə də silahlı münaqişə nəticəsində təxminən 1 milyon insanın kütləvi şəkildə didərgin düşməsi səbəbindən baş vermişdi. 1997-ci ildə Kür-Araz və Lənkaran ovalıqları boyu baş vermiş torpaq sürüşmələri vəziyyəti daha da çətinləşdirmişdi, çünki ağcaqanadların nəsil törətmə əraziləri əhəmiyyətli dərəcədə artmışdı. 1997-2011-ci illəri əhatə edən müddət ərzində görülmüş genişmiqyaslı əksepidemik nəzarət tədbirləri sayəsində ölkədə malariya ilə bağlı vəziyyət sürətlə yaxşılaşmağa davam edib və 2011-ci ildə ölkədə yerli yoluxma nəticəsində yalnız 4 malyariya hadisəsi qeydə alınıb.

2005-ci ilin dekabrında Azərbaycan Avropa Regionu ölkələrində "Malyariya ilə mübarizədən onun eliminasiyasına doğru irəli" deklarasiyasına qoşularaq malyariya problemi ilə mübarizəyə siyasi dəstək və tərəfdarlığını bir daha təsdiq edib.

2008-ci ildə ÜST-nin Avropa Regional Bürosunun dəstəyi ilə Azərbaycanda Malyariyanın Eliminasiyası üzrə 2008-2013-cü illər üçün Milli Strategiya və tədbirlər Planı qəbul edilib. Yeni milli strategiyanın son məqsədi respublikanın malyariogen rayonlarında 2013-ci ilədək malyariya ilə yerli yoluxmaların kəsilməsi və onun eliminasiyasıdır. Hazırda Milli Strategiya uğurla həyata kecirilir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm