• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Siz sual verin, psixoloqlarımız cavablandırsın...

Siz sual verin, psixoloqlarımız cavablandırsın...

Publika.az saytında bundan sonra davamlı olaraq psixoloqlarımızın məsləhətindən yararlana biləcəksiniz. Rubrikanın ilk sayı son vaxtlar gündəmdə olan uşaq intiharları ilə bağlıdır. Övladlarımızı intihardan necə qoruyaq? Uşaqlar niyə ölməyi seçir? Bu və bu kimi suallarımızı Psixologiya və Konsultasiya Mərkəzinin uşaq psixoloqu Ulkər Nadirova cavablandıracaq.


Uşaq intiharlarının səbəbləri

• Heç kimə lazım olmamaq duyğusu
• Valideynlərdən soyuq münasibət
• Ailəsinin onsuz daha xoşbəxt olacağına inam
• Ailəsinin ümidlərini boşa çıxarması
• İmtahandan yaxşı qiymət almaması
• Valideynlərinin boşanması
• Valideynlər tərəfindən alçaldılması
• Sərt cəzalandırılaması
• Məktəbdə özünü yad hiss etməsi
• Uğursuz məhəbbət

İntihara meyl edən uşağı necə təyin etməli?

• Ölum və intihar haqqında söhbətlər və bu haqda fantaziya etmək istəyi
• Tənhalığa can atması
• "Mən hec kimə lazım deyiləm", "Onsuzda hec kim mənə görə kədərlənməyəcək" kimi fikirlər
• Musiqidə, bədii ədəbiyyatda ölüm haqqında sözlərə daha cox maraq göstərməsi
• Gizli, üstü örtülü vidalaşma cəhdləri (ona əziz olan əşyaların dostlara hədiyyə olunması, işlərinin qaydaya salınması.)

Valideynlərə psixoloqun qızıl məsləhətləri

• Uşağınıza artıq böyümüş şəxsiyyət kimi münasibət göstərin
• Ona daha cox inanın
• Onun fərdi dünyagörüşünə, istəklərinə hörmətlə yanaşın
•Danışanda xırda bir intihar haqqında işarələrinə ciddi yanaşın
• "Özümü öldürəcəm” , “balkondan atılacam”, “damarlarımı kəsəcəm” kimi hədələrinə “özün bilərsən”, “buyur, yolun açıqdı” kimi cavablar verməyin
• Sizin etinasizlığınız onu cəsarətə gətirə bilər, buna görə də hədələrinə qətiyyən kgülüb keçməyin
• Onunla iki dost kimi söhbıt edin, zamanın ən yaxşı dərman olduğunu başa salın
• Onunla vaxt keçirin


Oxucuların diqqətinə: Psixoloji məsləhətə ehtiyacınız varsa, psixoloq köməyinə ehtiyac duyursunuzsa suallarınızı müəllifin e-mail ünvanına göndərin, psixoloqlarımız cavablandırsın, saytımızdan oxuyun.


Lalə Mehralı
lalemehrali@hotmail.com
Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR