Ebola qurbanlarının sayı 7 mini keçdi
Bizi izləyin

Sağlamlıq

Ebola qurbanlarının sayı 7 mini keçdi

Üç Afrika ölkəsində Ebola vurusundan ölənlərin sayı 7 mini keçib.

Publika.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Məlumata görə, 19 min 31 nəfər virusa yoluxub. Onlardan 7343 nəfəri həlak olub.

Bu arada BMT-nin baş katibi Ban Gi Mun Ebolanın tüğyan etdiyi Qərbi Afrika ölkələrinə səfər edib. Qvineya, Liberiya və Syerra Leonedə rəsmilərlə görüşüb.

Pan Gi Mun deyib ki, Ebolanın yayılması Qvineyada qonşu Liberiya və Syerra Leone ilə müqayisədə yavaşıyıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm