350 milyon insan depressiyadan əzab çəkir
Bizi izləyin

Sağlamlıq

350 milyon insan depressiyadan əzab çəkir

Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə 350 milyon insan depressiyadan əzab çəkir. Yaşından asılı olmayaraq depressiya insanların çoxunu əlil həyatına məhkum edir.

Publika.az xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının hesabatına əsasən dünya boyu psixiki narahatlıqları olan bir milyon insan intihar və ya digər səbəblərdən dünyasını dəyişir.

Depressiyanın effektiv müalicəsi var. Lakin bəzi, Litium kimi dərmanların yan təsirləri çox təhlükəli ola bilir. Buna görə də təhqiqatçılar depressiyanın müalicəsi üçün qeyri-ənənəvi yollar axtarır.

Britaniyanın bəzi alimlərnin fikrincə, bağırsaqda olan külli miqdarda mikrobun əhvali-ruhiyyəyə təsiri var. Onlar probiotik preparatlarının və ya yardımçı bakteriyaların siçanlarda stress hormonlarını tənzimlədiyini deyirlər.

İlkin tədqiqatların nəticələri probiotiklərin insan orqanizmində yaxşı bakteriyaları artırdığını göstərib. Alimlərin fikrincə, faydalı mikroblar insan emosiyalarına müsbət təsir edir və bu səbəbdən də narahatlıqlar daha az olur. Onlar tədqiqatları davam etdirməyi planlaşdırır.

Bu arada isə iltihabların kliniki depressiyaya təsirlərini tədqiq edən Britaniya universitetləri immun pozuntuları ilə diabet, revmatoid artridləri və ruhi xəstəliklər arasında əlaqənin olduğunu deyirlər.

Alimlərin dediyinə görə, hepatit xəstəliyinə tutulanların 40 faizi müalicədən əvvəl depressiyaya düşür. İnterferon iltihab əmələ gətirir. Onlar hələ iltihabla kliniki depressiya arasındakı əlaqəni tədqiq edə bilmədiklərini, lakin gələcəkdə yeni preparatların iltihabı azaldacağına, bunun da depressiyanın qarşısını almağa yardım edəcəyinə ümid bəsləyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm