• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ebolaya qarşı yeni vaksin

Ebolaya qarşı yeni vaksin

Ebola virusuna yoluxanların sayı 20 mini ötüb. Xətəlikdən ölənlərin sayə isə 8 mindən çoxdu.

Publika.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Əsasən Qərbi Afrikada yayılan bu virusun qarşısının alınması üçün isə tibb aciz qalıb. Virusla mübarizə məqsədi ilə hazırda iki vaksin təcrübədən keçirilir.

Alimlər Qərbi Afrikada istifadə edilməsi ümidləri ilə vaksinlər üzərində işləyir. Roma yaxınlığındakı laboratoriya farmakologiya şirkəti GlaxoSmithKlinea məxsusdur.

Burada bir neçə komanda vaksinlər üzərində iş apararaq, bir çox həyat təhlükədə olduğu üçün onların yaxın zamanda istifadəyə verilməsinə çalışır.

Noyanr ayında sınaqdan keçirilən vaksinlərdən biri orqanizm tərəfindən normal qəbul edilib, sınaqda iştirak edən 20 könüllünün immun sistemi vaksinə normal reaksiya göstərib.

GlaxoSmithKline şirkətinin bildirdiyinə görə, vaksin anticisimləri artırır və immun sisteminin infeksiyaya məruz qalan hüceyrələri məhv etməsinə yardım edir.

Laboratoriyaya rəhbərlik edən doktor Rikkardo Kortez : "Ebola virusunu təkcə anticisimlələ nəzarətdə saxlamaq mümkün deyil. Ənənəvi vaksinlər kifayət etmir. Bizim vaksinlər isə immun sisteminin müəyyən bir hissəsinə təsir göstərərək virusa yoluxmuş hüceyrələri tanıyan T hüceyrələrini gücləndirir. İki strategiyanın kombinasiyası Ebolaya qarşı olduqca effektivdir."

Lakin vaksinlərin ümumistifadəsi üçün əlavə sınaqlara ehtiyac var.

Digər bir farmakologiya şirkəti Merck digər bir vaksini inkişaf etdirir. Kod adı VSV-ZEBOV olan bu vaksinin ötən ay sınaqdan keçirilməsindən sonra inkişafı dayandırılıb. Buna vaksin qəbul edən insanların büküklərində yaranan ağrılar səbəb olub. Hazırda bu vaksinin kiçik dozaları sınaqdan keçirilir

Qərbi Afrikadakı durum qeyri-adi bir tərəfdaşlığa yol açıb. Bu yaxınlarda Vaşinqtonda təşkil edilən forumda Merck şirkətinin prezidenti Juli Qerberdinq bildirib ki, hətta rəqib farmakoligiya şirkətləri belə fəal əməkdaşlıq edir. "Hazırda qeyri-adi bir tərəfdaşlıq mövcuddur. Bunlardan ən mühümü rəqabətdə olan insanlar arasındakı tərəfdaşlıqdır. "

Ebolaya qarşı artıq bir neçə vaksin kliniki sınaqlardan keçirilir. Bunlardan biri effektiv olsa belə çox iş görülmüş olacaq. Bu, insanların immunizasiyası ilə yanaşı, yoluxma hallarını aradan qaldıracaq. Bu həm də Ebolanın bir daha ortaya çıxmaması demək olacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR