Ebola geri çəkilir
Bizi izləyin

Sağlamlıq

Ebola geri çəkilir

Afrikada 9 000 insanın ölümünə səbəb olmuş Ebola virusunun epidemiyası sona çatmaq üzrədir.

Publika.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

ÜST-nın məlumatına əsasən, son həftə ərzində bu xəstəliyə cəmi 99 yeni tutulma halı qeydə alınıb. Bu sayda xəstələnmə halları 2014-cü ilin iyun ayından bəri ilk dəfədir qeydə alınıb.

"Ebola virusuna cavab tədbirləri ikinci mərhələyə keçib, indi əsas diqqət virusun yayılmasının qarşısını almaqdansa, virus üzərində qələbə çalınmasına verilir", - ÜST-nın yaydığı bəyanatda bildirilir.

Yerli rəsmilərin dediyinə görə, Ebola virusundan ən çox insan itkisi vermiş Liberiyada hazırda yalnız beş nəfərin xəstəliyə tutulduğu həkimlər tərəfindən təsdiqlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm