• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Hər 2 nəfərdən biri xərçəng olacaq

Hər 2 nəfərdən biri xərçəng olacaq

İngiltərəli mütəxəssislərin açıqlamasına görə, dəyişən həyat tərzi ilə artıq çəki probleminin aktuallaşması, qırmızı ət istifadəsində artım, solarium və qadınların gec yaşda ana olması xərçəng xəstələrinin sayını artırır.

Publika.az-ın məlumatına görə, aparılan son araşdırmalara əsaslanan alimlər hər iki nəfərdən birinin xərçəng olacağı qənaətinə gəliblər.

Araşdırmanı aparan alimlərdən biri Peter Sasieni xərçəngin həyat tərzi, yaş, çəki, ətraf mühit və genetika ilə bağlı olduğunu deyib.

Aparılan araşdırma nəticəsində xəstələrin 60%-nin yaşının 65-dən yüksək olduğu müəyyən edilib. Ona görə də, alimlər belə bir fikir irəli sürüblər ki, insanlar yetərincə uzun ömürlü olsalar, həyatlarının bir dövründə xərçəng olacaqlar.

Risk faktorunu nisbətən azaltmaq üçün P.Sasieni bir çox şeyin olduğunu deyib. Bunun üçün hərəkət etmək, siqaret çəkməmək, spirtli içkidən uzaq olmaq lazımdır.

Alimlər xərçəng xəstələrinin sayının gündən-günə artdığını bildirsələr də, tətbiq edilən yeni müalicə üsulları ilə ölüm sayının azaldığını bildiriblər.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR