Təcili yardım üçün yeni avtomobillər veriləcək
Bizi izləyin

Sağlamlıq

Təcili yardım üçün yeni avtomobillər veriləcək

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası üçün yeni avtomobillər istifadəyə veriləcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nazirlikdə xüsusi komitə yaradılıb və o, Avropa Oyunları Təşkilat Komitəsi ilə sıx əlaqədə fəaliyyət göstərir.

Səhiyyənin bütün sahələrini, o cümlədən ümumi sanitar-gigiyenik durum, tibb ocaqları, tibbi kadrlar, tibbi avadanlıq və ləvazimat və s təmin ediləcək.

Qonaqlara və Azərbaycan vətəndaşlarına yüksək səviyyəli təcili yardım xidmətlərinin təmin edilməsi məqsədilə bu yaxınlarda müasir, beynəlxalq standartlara uyğun avadanlıq və ləvazimatla təchiz olunmuş yeni Mersedes markalı TTY avtomobillərinin istismara verilməsi nəzərdə tutulub.

Avropa Oyunlarının Təşkilat Komitəsinin tələblərinə əsasən TTY xidmətlərinə cəlb olunmuş bütün tibbi personal xüsusi təlimlərdən (“BLS” - Basik Life Support / Əsas Reanimasion Tədbirlər və “ACLS” - Advansed Cardiac Life Support / Təkmilləşmiş Ürək Reanimasiyası) keçməlidir, dünyanın qabaqcıl ölkələrində qəbul olunmuş və beynəlxalq standartlara uyğun bilik və vərdişlərə malik olmalıdır. Bu məqsədlə Səhiyyə nazirliyinin köməkliyi ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təlim mərkəzinin nəzdində dünyada təcili tibbi yardım standartları üzrə təlimlərin təşkili və protokolların hazırlanması ilə tanınan Amerika Ürək Assosiasiyasının (American Heart Assosiation - AHA) nümayəndəliyi vasitəsilə xüsusi təlimçilər hazırlanıb və təlim kursu yaradılıb. Təşkil olunmuş təlim və məşqlərə 400-ə yaxın təcili yardım işçilərinin cəlb olunması və onların AHA beynəlxalq sertifikata malik olması nəzərdə tutulub.

Tibbi biliklərin təkmilləşdirilməsi ilə yanaşı təcili tibbi yardım xidmətlərinə cəlb olunmuş həkimlər üçün ingilis dili kursları da təşkil edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm