Xəstəlik ucbatından hamının gözü qarşısında soyundu - FOTO
Bizi izləyin

Sağlamlıq

Xəstəlik ucbatından hamının gözü qarşısında soyundu - FOTO

Leanna Lyon nadir xəstəlikdən əziyyət çəkir. İş ondadır ki, 41 yaşlı qadın xəstəlik ucbatından insanların gözü qarşısında soyunmağa başlayır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qadının beynində xoşxassəli şiş var. Məhz bu şişə görə qadın gün ərzində 5 dəfə 30 dəqiqəlik tutmaları olur. Tutmalar zamanı qadını öz idarəetməsini itirərək əynindəki paltarları çıxarmağa başlayır. O, ayda bir neçə dəfə hamının gözü qarşısında soyunur.

Qadın deyib: “Bir gün alış-veriş edən zaman mağazada qəfil soyunmağa başladım. Özümə gələndə isə əynimdə yalnız alt paltarlarının olduğunu anladım. Tutmalar zamanı baş verənləri heç zaman xatırlamıram. Mən sadəcə olaraq özümdən asılı olmadan paltarlarımı çıxarmağa başlayıram”.

Qadının vəziyyəti kənardan gülünc görünə bilər. Lakin onun bu xəstəliyi qadının büsbütün həyatını məhv edir. O, iş tapa bilmədiyi üçün iki uşağını dolandıra bilmir.

Həkimlərin sözlərinə görə, qadının 29 yaşında qamartoma hipotalamusu aşkar edilib. Əslində, tutmalar hələ 4 yaşından başlayıb. Belə bir beyin şişi nadir hallarda rast gəlinir. Yer üzündə hər milyondan birində bu xəstəliyə rast gəlmək mümkündür.

Aparılan beyin və şiş əməliyyatı qadının xeyrinə olmayıb. Əməliyyatdan sonra onda tutma halları daha da artıb. Onun həyatını yalnız laparoskopik əməliyyat xilas edə bilər. Əməliyyatın qiyməti isə 146 min dollardır. Qadın isə əməliyyat üçün pul toplayacağına və nə zamansa uşaqları ilə sərbəst küçədə gəzişəcəyinə ümid edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm