Eboladan ölənlərin sayı 9 mini keçdi
Bizi izləyin

Sağlamlıq

Eboladan ölənlərin sayı 9 mini keçdi

Ebola virusundan ölənlərin sayı 9.300 ötüb.


Publika.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) çərşənbə günü son yaydığı açıqlamada, ölümcül virusa yoluxaraq ölənlərin sayının 9 380 nəfər olduğu bildirilib.

Eyni zamanda, bu virusa yoluxanların sayı da artaraq 23 253 insan təşkil edib.

Statistikaya üç Qərbi Afrika ölkəsi – Qvineya, Liberiya və Syerra Leone daxildir. Ebola virusunun yaratdığı epidemiya nəticəsində Liberiyada 3 907 nəfər ölüb, 9 007 nəfər isə yoluxub. Syerra-Leonedə ölənlərin sayı bir qədər az – 3 401 nəfər olsa da, yoluxanların sayı digər ölkələrdən çox – 11 103 nəfərdir. Qvineyada isə həlak olanların sayı 2 052 nəfər, yoluxanların sayı 3 108 nəfərdir.

Bundan başqa, Afrika ölkələrində işləyən 488 nəfər həkim Eboladan dünyasını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm