• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Gündə bir saatdan çox musiqiyə qulaq asmayın - ÜST

Gündə bir saatdan çox musiqiyə qulaq asmayın - ÜST

Eşitmə qabiliyyətlərini qorumaq üçün adamlar gündə bir saatdan çox musiqiyə qulaq asmamalıdırlar.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrində qeyd edilib.

ÜST deyir ki, musiqiyə "həddən artıq çox və həddən artıq bərkdən" qulaq asan 1,1 milyard gənc eşitmə qabiliyyətinə həmişəlik ziyan vura bilər. Audio pleyerlər, konsertlər və barlar "ciddi təhlükə" yaradır, qurum bildirir.

ÜST-ün rəqəmlərinə görə, 12-35 yaş arasında 43 milyon adamın eşitmə qabiliyyəti zəifdir və bu hal getdikcə çoxalır.

Müxtəlif səs səviyyələrinə nə qədər qulaq asmaq olar? ÜST-nin məsləhəti:

  • 85 dB - maşının içərisində eşidilən səs - 8 saat
  • 90 dB - qazonbiçən maşın - 2 saat 30 dəqiqə
  • 95 dB - motosiklet - 47 dəqiqə
  • 100 dB - maşın siqnalı və ya metro qatarı - 15 dəqiqə
  • 105 dB - mp3 pleyeri maksimum ucalıqda - 4 dəqiqə
  • 115 dB - səs-küylü rok konserti - 28 saniyə
  • 120 dB - vuvuzela və ya sirenalar - 9 saniyə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR