Sağlamlıq
Uşaqların beyin inkişafını dəstəkləyən 8 qida
Uşaqların qida rasionunda beyin inkişafını dəstəkləyən qidaların olması çox önəmlidir. Publika.az-ın tabloid bölməsi övladını daha sağlam yetişdirmək istəyən valideynlər üçün beyin inkişafını dəstəkləyən 8 qidanı təqdim edir:
Yumurta
Yumurta kimi yüksək protein ehtiva edən qidalar uşaqların diqqətini gücləndirir, zehnini açır.
Qatıq
Yağ beyin sağlamlığı üçün çox əhəmiyyətli qidadır. Yağı, yağlı qatıqdan aldıqda isə onun təsiri daha da güclənir. Qatığın içərisinə bir neçə parça tünd şokolad əlavə etsəniz, beyinə gedən qan axınını artıra bilərsiniz. Bu isə uşağın zehninin güclənməsinə səbəb olar.
Yaşıl yarpaqlı bitkilər
Əsl vitamin anbarı olan ispanaq, kələm uşağınızın daha sağlam olmasını təmin edirlər. Yumurtalı ispanaq və kələm salatı yeni beyin hüceyrələrinin böyüməsinə yaxşı təsir edir.
Balıq
Yağlı balıq D vitamini qaynağıdır. Uşağınızın zehni inkişafını dəstəkləyir və yaddaşının güclənməsinə kömək edir.
Xüsusilə də, somon, ton, sardina kimi balıq növləri bol miqdarda Omeqa-3 ehtiva edir.
Ət
Süni maddə, boya və dadlandırıcı ehtiva etməyən ət yemək lazımdır. Yəni, kolbasa, sosis kimi qidalardan uzaq durmalısınız.
Çərəzlər
Zülal, yağ turşuları, vitamin və minerallar ilə dolu fındıq və digər çərəzlər uşağınızın sinir sistemini gücləndirməyə kömək edir.
Yulaf
Zülal və lif baxımından zəngin olan yulaf ürək və beyin damarlarının sağlamlığını qoruyur. Tədqiqatlar qida rasionunda yulaf olan uşaqların yaddaşının daha güclü olduğunu ortaya çıxarıb.
Darçın
Uşaqların qidalarını şəkər tozu əvəzinə darçınla dadlandırın. Unutmaytın ki, ədviyyatlar beyin hüceyrələrini qorumaq vəzifəsini yerinə yetirirlər.
Alma və gavalı
Uşağınız özünü halsız hiss edir və şirin qidalar yemək istəyirsə, ona alma və alça verin. Almadan piroqlar, kekslər bişirə bilərsiniz.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!