Mırıq yaşamağın zərərləri
Bizi izləyin

Sağlamlıq

Mırıq yaşamağın zərərləri

Bir çox adam əskik dişlərlə yaşamağa çalışsa da, bunun mənfi təsirlərindən qaça bilmir. Diş və Çənə Cərrahiyyəsi üzrə mütəxəssis doktor Zəfər Üretürk əskik dişlərin estetik cəhətdən pis göründüyünü, bundan başqa müxtəlif deformasiyalara səbəb olaraq həyatı çətinləşdirdiyini deyib. O, əskik dişlərlə yaşamağın çətinliklərini belə sadalayıb.

1.Əskik diş görüntüsü adamın əvvəlcə gülüşünü əlindən alır. Çünki dişləri əskik olan adamın özünə inamı azalır, bu isə gülməyə mane olur və sosial münasibətlərində çətinliklər yaradır. Bundan başqa, dodaq və yanaqların çökməsinə və qırışmasına səbəb olaraq, üzü yaşlı və zəif göstərir.

2.Əskik diş bölgəsindəki qonşu dişlər əks tərəfə əyildiyi üçün bilavasitə çeynəmə funksiyasının azalmasına səbəb olur.

3.Əyilən dişləri təmizləmək çətinləşdiyi üçün çürük, həssaslıq, diş əti iltihabı səbəbindən ağrı və digər dişləri itirmə riski də artır.

4.Dişlər əskik olan zaman çeynəmə vərdişi də dəyişir. Sağlam çeynəmə cüt tərəfli, təktərəfli çeynəmə isə çənə oynaqlarına ağrılar verir, səs və yapışmalar yaranır.

5.Əskik diş bölgəsində çeynəmə funksiyası olmadığı üçün çənə sümüyündə rezorpsiya deyilən nazikləşmə və çatlar olur.

6.Diş əskiklikləri həmçinin digər dişlərin aralarının açılmasına və dişlərin orta xətti ilə üzün orta xətti arasında uyğunsuzluğa və assimetrik mənzərəyə yol aça bilər.

7.Əskik dişlər qidaları kifayət qədər çeynəməyə mane olduğu və üyütmədiyi üçün bütöv udulduqda mədə pozğunluğu, şişkinlik bundan başqa, qastrit və xora kimi mədə problemlərinə yol aça bilər.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm