Piylənmənin səbəbi açıqlandı
Bizi izləyin

Sağlamlıq

Piylənmənin səbəbi açıqlandı

Çox miqdarda şəkər piylənmə, dişlərin çürüməsi və digər qeyri-yoluxucu xəstəliklərə səbəb ola bilər.

Publika.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. BMT-nin Səhiyyə Agentliyi yeni açıqlamasında uşaqlar və böyüklərə səkərdən gündəlik istifadəni 10 faizdən aşağı salmağı məsləhət görür.

Açıqlamada gündəlik istifadə edilən qlükoza, friktoza və masada istifadə edilən şəkərlərdən istifadənin illərdir artdığı deyilir. Nəticələrin isə sağlamlığa mənfi təsir etdiyi bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatı 1980-ci ildən bəri piylənmə hallarının iki dəfədən çox artdığını bildirir. Təşkilatın hesablamalarına görə, 2014-cü ildə yaşı 18-dın yuxarı olan 1.9 milyard insan artıq çəki problemi ilə qarşılaşıb və onlar arasında 600 milyon insan piylənmədən əziyyət çəkir. 2013-cü ildə isə 5 yaşında aşağı 42 milyon uşaqda artıq çəki və ya piylənmə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı Sağlam Qidalanma şöbəsinin direktoru Françesko Branka deyir ki, gündəlik istifadə edilən şəkər 10 faizdən aşağı salınsa piylənmə, artıq çəki və dişlərin çürüməsi riski azala bilər.

Təşkilat təzə meyvə və tərəvəz, eləcə də süd məmulatlarında şəkərin insan sağlamlığına mənfi təsirlərinin olmadığını bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm