• USD 1,7020 -0,01% EUR 1,9062 -0,37%
    • GBP 2,1922 -0,80% RUB 0,0300 -0,67%

1 ayda 7 kq arıqladan vitaminli pəhriz

1 ayda 7 kq arıqladan vitaminli pəhriz

Xanımların çoxu yazın gəlişini təşviş və həyəcan içində qarşılayır. Belə ki, havaların isinməsini arıqlamaq lazım olduğunun bir əlaməti hesab etmək olar. Axı qışda qalın geyimlər sayəsində görünməyən artıq çəkini yaz aylarında gizlətmək olmur.

Bəs bu zaman nə etməli?

İlk növbədə qidalanmaya fikir vermək və idman etmək tövsiyə olunur. Daha sonra arıqladan kokteyllər köməyə gələ bilər. Publika.az Türkiyənin tanınmış diyetoloqu və düzgün qidalanma məsləhətçisi Əndər Saraçın məşhur “Qələvi” adlanan pəhriz reseptini təqdim edir. Qeyd edək ki, bu reseptlə 1 ayda 7 kq. arıqlamaq mümkündür.

Qələvilər - suda həll edilə bilən əsaslardır. Məsələn, bir natrium hidroksid məhlulu, lakmusu bənövşəyiyə yaxın qırmızı rəngə çevirir.

Qələvi pəhrizin əsas məntiqi insan bədənindəki ph dəyərinin turşu istiqamətini qələvi istiqamətinə çevirməkdir. İşlətdiyimiz hazır qızartma yeməklər, zavod ərzaqları, ağ un və s. ərzaqlar görə insan bədəninin ph dəyəri turşu istiqamətinə doğru gedir. Bir insanın təqribən ph dəyəri 7,4 növdür. Yəni, yüngül qələvidir. Bu nisbəti qoruyaraq qələvi pəhrizi sayəsində sürətli və asanlıqla arıqlamaq mümkündür.

Turşu dəyəri yüksək olan ərzaqlar zərərlidirmi?

Yüksək nisbətdə turşu ehtiva edən qidalar yemək insan bədənində süstlük və yorğunluq yaradır. Depressiya, əsəbilik, mədə ağrısı və yanma kimi problemlər baş verir. Yorğunluq daxil olmaqla, insanın gəzməyə belə halı olmur. Süstlük insanı tənbəlləşdirir. Bu, qrip infeksiyalarına asanlqıla yoluxmağa, tez xəstələnməyə səbəb olur. Həm də immun sistemini zəiflədir.

Bəzi araşdırmalara görə, turşulu ərzaqlar kökəlmə prosesini asanlaşdırır. Piroq, makaron, keks, tort kimi yüksək miqdarda karbohidrat tərkibli ərzaqlar çox istehlak edildiyi təqdirdə yağ turşusu istehsalı artaraq bədənin müəyyən bölgələrdə toplanmasına səbəb olur.

Turşu ehtiva edən qidaların siyahısı

Süd məhsulları

Toyuq, mal və qoyun əti

Yumurta

Ağ un və şəkər

Ketçup

Xardal

Mayonez

Şirin sular və qazlı içəcəklər

Çox miqdarda qəhvə və qara çay

Spirt məhsulları

Çips və lazımsız peçenyelər

Ərzaqlarla yanaşı, hərəkətsizlik, həddindən artıq əsəbilik, hirs və qısqanclıq da bədəndəki turşu nisbətini yüksəldən amillərdir.

Qələvi ehtiva edən qidaların siyahısı

Buğda

Xiyar

Zəncəfil

Sarıkök

İspanaq

Qırmızı və qara turp

Soya

Brokkoli

Gicitkən

Çörək otu

Karbonat

Nanə

Xurma

Zeytun yağı

İşlənməmiş təbii duz

Qələvili su nədir?

Səhər oyananda günə qələvili su ilə başlayın. İçinə bir az bal və limon əlavə edin (Qələvili su resepti: 2 litr suya 1 çay qaşığı ingilis karbonatı (tapmasınız, adi karbonat qoyun) əlavə edib qarışdırın. Bu qələvili sudur. Bu suyu çay və yeməklərdə istifadə etmək olar.

Qələvili pəhrizi siyahısı

Günə az bal və limon əlavə olunmuş qələvili su ilə başlayın.

Səhər yeməyi

1 kasa az yağlı qatıq, 5-6 qaşıq yulaf əzməsi, 3 ədəd qoz, 1 çay qaşığı qədər darçın, 3-4 ədəd quru ərik yeyin.

Və ya

4 ədəd yumurta ağı ilə bişirilmiş otlu omlet və yanında 1 dilim qızarmış çovdar çörəyi yeyin. Səhər yeməyini yedikdən sonra 1 fincan razyana çayı için.

Saat 12 ilə 2 arası

1 dənə armud və 1 butulka içinə nanə yarpağı əlavə olunmuş mineral su işin.

Günorta

1 kasa gül kələmi şorbası, 1-2 dilim qızardılmış çovdar çörəyi, yaxud 1 l suda qaynadılmış qara düyü, az yağlı yerkökü salatı. (yeməyə bir çay qaşığı sarıkök əlavə edə bilərsiniz)

Günorta ilə axşam arası

1 ədəd yaşıl alma və kivi, 1 ovuc çiy badam, 1 fincan qələvili su ilə hazırlanmış ağ çay.

Axşam

1 porsiya qızardılmış balıq, buğda bişirilmiş brüssel kələmi, limonlu və təzə kərəviz salatı.

AYTƏN

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR