Sağlamlıq
Spirtin zərər verdiyi qara ciyəri təmizləməyin təbii üsulu
Şənliklərdə spirtli içkilərin həddini aşanda, dozasını qaçıranda ertəsi gün əsl kabusa çevrilir. Həddən artıq spirtli içki qəbul etmək baş ağrısı, mədə, ürək bulanması, halsızlıq və orqanizmdə daha bir çox mənfi təsirlər yaradır. Publika.az-ın sağlamlıq bölməsi spirtin yaratdığı mənfi təsirləri orqanizmdən xilas edən bir neçə təklifi təqdim edir:
Ertəsi gün yaranmış dözülməz baş ağrısının əsas səbəbi spirtin orqanizmdə suyu azaltmasıdır. Odur ki, bu səbəbdən yuxudan duran zaman başınız dönsə, bol miqdarda su için. Hətta spirt içən zaman içdiyiniz alkoqol qədər su da içsəniz, baş ağrısının təsirlərini azalda bilərsiniz.
13-15 stəkan su həm orqanizmin ehtiyacı olan suyu bərpa edir, həm də spirtin qan dövranı vasitəsilə atılmasına da kömək edir.
Spirt qan şəkərinin aşağı düşməsinə səbəb olur. Bu problemi həll etmək üçün səhər yeməyinə portağal suyunu əlavə etməyi unutmayın.
Sarıkök də spirtin zərər verdiyi qara ciyərə təsir edən ən yaxşı təbii dərmandır! Üç qaşıq sarıkökü balla qarışdıraraq qara ciyəri toksinlərdən təmizləyə bilərsiniz.
Spirt orqanizmdə kalium itkisinə də səbəb olur. Bu isə yorğunluq və halsızlıq yaradır. İtirdiyiniz enerjini geri qazanmaq və yorğunluğu üzərinizdən atmaq üçün banan yeyin.
Orqanizmdə toplanan toksinləri atmaq və qara ciyəri qorumaq üçün menyunuza yumurta əlavə etməyi unutmayın.
Qəhvənin tərkibindəki kofein damarları sıxdığı üçün baş ağrısını yüngülləşdirir. Ancaq kofein istehlakının həddini aşmayın, çünki bədənin şişməsinə səbəb ola bilər.
Xüsusilə C və B vitaminləri spirtin orqanizmə vurduğu mənfi təsiri azaldır.
Özünü çox yorğun hiss edən heç kim idman etməyi ağlından belə keçirmir. Amma metabolizmi və qan dövranını sürətləndirmək üçün bədənin hərəkətə ehtiyacı var. Açıq havada yarım saatlıq yürüş bədəni gümrahlaşdırır, beyni isə gərginlikdən azad edir.
Təbii ki, sağlamlığınız və bütün bu mənfi təsirlərə məruz qalmamaq üçün heç spirtli içki istehlak etməmək ən yaxşı variantdır.
AYTƏN
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı