Sağlamlıq
Kök kişiləri gözləyən təhlükə
Köklüyün bir çox xəstəliyə səbəb olduğu məlumdur. Ancaq yeni aparılan araşdırmalar nəticəsində artıq kilonun səbəb olduğu daha bir problem üzə çıxıb. Məlum olub ki, köklük xüsusilə də kişilərin sağlamlığını təhlükə altında qoyur.
Belə ki, kök kişilər normal kiloda olan kişilərlə müqayisədə daha erkən yaşda andropoza girirlər.
Andropoz yaşın irəliləməsi ilə əlaqəli kişilərdə testesteron hormonun qanda azalması və bununla bağlı ortaya çıxan şikayətlərə verilən addır. Buna yaşlanan adam sindromu deyilir. Andropozda qadınlarda yaşanan menopoza (klimaks) uyğun bəzi əlamətlərə rast gəlmək olur.
Kişilərdə testosteron hormonunun səviyyəsi 40 yaşdan sonra aşağı düşməyə başlayır. Ancaq kök kişilərdə bu hormon daha tez azalır. Unutmaq olmaz ki, andropoz kişinin bir çox orqanına təsir edən bir prosesdir. Belə ki, andropoz ilə üzləşən kişilərdə cinsi istəksizlik, yorğunluq, depressiya, əzələ gücündə azalma və digər problemlər meydana gəlir.
Gün ərzində az hərəkət edən, idmanla məşğul olmayan, sağlam qidalanmayan kişilər daha kök olurlar. Xüsusilə də onların qarın bölgəsində artıq piylər toplanır. Erkən yaşda andropoza girmək istəməyən kişilər bəzi tədbirlər görməlidirlər. İşə qarındakı artıq yağları əritməklə başlamaq olar.
LƏMAN
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq