Bir stəkanı bütün xəstəliklərdən qoruyur
Bizi izləyin

Sağlamlıq

Bir stəkanı bütün xəstəliklərdən qoruyur

Soyuq havalarda daha tez xəstələndiyimiz heç kimə sirri deyil. Soyuqdəməyə qarşı aptekdə bir çox dərmanlar satılsa da, mütəxəssislər qrip virusundan və soyuqdəymədən daha tez sağalmaq üçün düzgün, vitamin və minerallarla zəngin qidalanmağı məsləhət görür. Ən yaxşı çıxış yolu kimi isə nar və üzüm suyu içməyi təklif edirlər.

Nar və üzüm suyu tərkibindəki faydalı bir çox bioaktiv komponent sayəsində ən güclü antioksidantlar hesab olunur. Mütəxəssislər havaların soyuması ilə qrip kimi xəstəliklərin yayıldığını bildirərkən xəstəlikdən qorunmaq üçün nar və üzüm suyu içməyi təklif edir.

Qış aylarında xəstəliklərdən qorunmaq və sağlam həyat tərzi yaşamaq üçün güclü immun sisteminə malik olmalısan. Nar və üzüm suyu isə immmuniteti gücləndirən ən faydalı meyvələrdir. Həm uşaqlar, həm də böyüklər üçün olduqca faydalıdır. Mütəxəssislər tərkibindəki bir çox faydalı bioaktiv komponent sayəsində qırmızı meyvələrin çox güclü antioksidant xüsusiyyəti olduğunu qeyd edirlər.

Aparılan tədqiqatlarda da narın möcüzəli təsirə malik olan meyvə olduğunu qeyd edən diyetoloq Nəriman İnanç 100 ml, yarım stəkan nar suyunun yetkin bir insanın gündəlik C vitamini ehtiyacının 16 faizini ödədiyini bildirib. Nar suyunun tərkibi B vitamini və kaliumla da zəngindir.

Üzüm suyu A, B və C vitaminləri, kalium və dəmir baxımından olduqca zəngindir. Xalq arasında bitki süd kimi də tanınan üzüm suyunun faydaları saymaqla qurtarmır. Qanda oksigen daşıyan hemoqlobin hüceyrələrinin prosesində lazım olan dəmir və kalium baxımından zəngin olan üzüm suyu zəhərli maddələri orqanizmdən xaric edir. Həmçinin bu xüsusiyyətləri orqanizmi infeksiyalara qarşı qoruyur və immun sisteminin güclənməsini təmin edir.

Düzgün qidalanma mütəxəssisi və diyetoloq İnanc xəstəliklərin qarşısını almaq məsələsində immun sisteminin orqanizmin ən mühüm sistemi olduğunu ifadə edib. Qış aylarında gündə bir stəkan nar və üzüm şirəsi içməyin orqanizmi xəstəliklərdən müdafiə etdiyini də söyləyib.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm