• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Kişilərdə qasıq ağrısının səbəbləri

Kişilərdə qasıq ağrısının səbəbləri

Kişilərin 90 faizi həyatlarının müxtəlif dövrlərində qasıq ağrısı ilə üzləşirlər. Bu ağrılarla üzləşən kişilərdə cinsi istək azalır və digər problemlər baş verir. Ona görə də qasıq ağrıları kişilərin ən böyük kabuslarından birinə çevrilib.

Mütəxəssislər bu ağrıların müxtəlif səbəbləri olduğunu bildirirlər. Bəzi bəsit problemlərlə yanaşı, təhlükəli xəstəliklər də qasıq ağrısının səbəbi ola bilər. Ona görə də bu ağrıların öz-özünə ötüb keçməsini gözləmək olmaz. Bir-iki gündən artıq çəkən ağrılar olduqda dərhal həkimə müraciət etmək lazımdır.

Publika.az qasıq ağrısının səbəblərini və aradan qaldırılma üsullarını araşdırıb:

Limfa vəzilərinin şişməsi

Limfa vəzilərinin şişməsinin səbəbi bakteriyalar və infeksiya ola bilər. Belə halda antibiyotiklərlə müalicə prosesi başlayır.

Bundan başqa, bəzi xərçəng növləri də limfa vəzilərini şişməsinə səbəb ola bilər. Belə halda isə əməliyyat və ya kimyaterapiyaya müraciət edilir. Ancaq hər iki halda da limfa vəzilərindəki problemlər qasıqlarda ağrıya səbəb ola bilir.

Qasıq yırtığı

Qasıqda yırtıq varsa, bunun tək həll yolu əməliyatdır. Xəstə əməliyyatdan 4-6 həftə sonra tam sağalır.

Böyrək daşları

Dərmanlarla müalicə edilə bilir. Ancaq buna baxmayaraq, bədəndən xaric edilməyən daşları əməliyyatla götürmək lazım olur.

Cinsi orqanlardakı şişlər

Bu şişlər pis xassəli də ola bilər. Müalicə üsulu işin növünə və böyüklüyünə görə seçilir.

Qasıqlara vurulan zərbə

Bu zaman ağrıkəsici dərmanlardan istifadə etmək, dincəlmək, həmçinin isti su ilə həmin bölgəyə kompres etmək lazımdır.

Əzələlərin dartılması

Bu zaman bir neçə gün uzanaraq dincəlmək, qasıq bölgəsinə buz qoymaq, və həkim məsləhəti ilə əzələlərin boşalmasını asanlaşdıran dərmanlar qəbul etmək lazımdır.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR