Gənc qızlara sonsuzluqla bağlı ciddi xəbərdarlıq
Bizi izləyin

Sağlamlıq

Gənc qızlara sonsuzluqla bağlı ciddi xəbərdarlıq

Mütəmadi şəkildə idman etmək sağlam həyat tərzi deməkdir. Lakin hər şeydə olduğu kimi olduğu kimi, idmanla hədsiz dərəcədə çox məşğul olmaq zərərlidir. Xüsusilə yetkinlik çağında olan gənc qızların həddindən artıq idman etməsi ciddi sağlamlıq problemlərinə yol aça bilər. Elə bu səbəbdən türkiyəli ginekoloq Seval Taşdemir idman edən gənc qızlara xəbərdarlıq edib.

Çox və ağır idman növləri ilə məşğul olan gənc qızların üstəgəl, qidalanma rejimi də pozulduğu zaman estoregen hormonu azalır və buna bağlı olaraq sümük əriməsi prosesi başlayır. Ağır məşqlər edən gənc qızların 60 faizində menstruasiya dövründə problemlər yaşanır, yumurtalıqların keyfiyyəti pozulur.

Ginekoloq Seval Taşdemir yetkinlik dövründə bədənin artıq məşqlərlə yüklənməsini əzələlərin xəsarət almasına və sümüklərdə hər hansı bir travma olmadan öz-özünə sınıqların əmələ gəlməsinə səbəb ola biləcəyini qeyd edir. Bu, müalicə edilmədikdə isə sonsuzluğun yaranma ehtimalı artır. Həm idmanla məşğul olan, həm də sərt pəhriz saxlayan yeniyetmə qızlar həddindən artıq arıqladırları üçün altı ay ərzində yumurtalama prosesi dayanır və problemlər yaşanır. Vitamin çatışmazlığı isə yumurta keyfiyyətini aşağı salır. Uzun müddət müalicə etmədikdə, yumurtalıqlarda və sümüklərdə qalıcı zərərlər meydana gəlir. Qız gənc yaşda kökəlməyə başlayanda isə menstruasiya sikli pozulmur, sonsuzluq problemləri yaranmır.

Ginekoloq Seval Taşdemir "İdmanın gənc qızların sağlamlığına zərər verməməsi üçün düzgün qidalanmaya əməl etməli, həmçinin zəruri hallarda kalsium və vitamin qəbul edilməlidir. Həddindən artıq idman etdikdə menstruasiya dövrü və tarixləri qeyd edilməli və qidalanma rejiminə ciddi şəkildə əməl edilməlidir. İdmanla çox məşğul olan gənc qızlar diyetoloqdan qidalanmaları ilə bağlı tövsiyələr alaraq, lazım gələndə vitamin, kalsium və dəmir preparatları qəbul etməlidirlər”- deyə bildirib.

Mensturasiya zamanı qadınların bütün bədən tarazlığı dəyişir.

Bu dövrdə gənc və orta yaşlı xanımlar da qidalanma və yuxu normasına diqqət etməlidir.

Orta yaşlı xanımlara bu dövrdə idman etmək olarmı?

Menstruasiya öncəsi ortaya çıxan dəyişikliklər PMS sindromu hesab olunur. Bu dəyişiklik və təsirlərin bəziləri olduqca mənfi olduğu üçün qadınlara sıxıntılı anlar yaşada bilir. PMS zamanı yaşanan ən böyük sıxıntı isə ağrı və sancılardır.

Mütəxəssislər bu dövrdə yeniyetmə qılzardan fərqli olaraq, orta yaşlı xanımların idman edə biləcəyini, bunun zərərli olmayacağını, əksinə, faydalı ola biləcəyini düşünürlər.

Bu dövrdə idman etmək hormonlarda yaranan ani dəyişiklikləri zəiflətməklə yanaşı, PMS zamanı ortaya çıxan ağrıların azalmasına kömək edəcək.

Müntəzəm idman hormon tarazlığını saxlamaq üçün faydalıdır. İdman qadınlıq hormonlarının təsirlərini azaldır. Lakin yuxarıda deyildiyi kimi həddindən artıq ağır idman növləri ilə məşğul olmaq tövsiyə olunmur.

FİDAN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm