• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Suyu niyə mis qabdan içmək lazımdır?

Suyu niyə mis qabdan içmək lazımdır?

Gün ərzində 2-3 litr su içməyin faydalı olduğunu hamımız bilirik. Ancaq suyu hansı qabdan içdiyimiz də böyük əhəmiyyət kəsb edir.

Kənd yerlərində suyu, adətən, mis qablarda saxlayırlar. Ancaq şəhər həyatında plastik qablardan istifadə adi hal alıb. Halbuki, plastik qablar suyu korlayır və orqanizmə zərərli maddələrin daxil olmasına şərait yaradır.

Publika.az suyu mis qabdan içməyin faydalarını araşdırıb:

Mis qablar suyu müsbət elektriklə yükləyir. Bu da bədənin daha sağlam olmasında rol oynayır. Su içilməzdən öncə 8 saat mis qabda saxlanılmalıdır. Çünki belə qablarda saxlanılan su heç vaxt korlanmır və təzəliyini qoruyur. Çünki su mislə təmas etdikdə mineralın xüsusiyyətlərini özünə çəkir və nəticədə minerallarla zənginləşdiyindən sağlamlıq üçün daha faydalı olur.

Mis bakteriyaları öldürən metallardan ibarət olduğundan suyu zərərli bakteriyalardan təmizləyir.

Mis qabdan içilən su beyni hərəkətə gətirir. Beyninizdəki məlumat alış-verişini sürətləndirən mis daha sürətli və təsirli düşünməyinizi təmin edir.

Mütəxəssislər tiroid vəzində problem olan şəxslərin bədənində mis çatışmazlığı olduğunu bildirirlər. Mis qabda saxlanılan və mis stəkandan içilən su bədəni bu mineralla zənginləşdirərək tiroid vəzinin düzgün fəaliyyətini təmin edir.

Mis qabda saxlanılan suyun bədəndəki kirəclənmə və oynaq iltihablarına qarşı qoruyucu funksiya daşıdığı bildirilir. Misin tərkibindəki maddələr revmatizm və oynaq iltihablarından qaynaqlanan ağrıları sakitləşdirir.

Mis sümük və immunitet sistemini gücləndirir. Dəri sağlamlığı baxımından da təsirli olan mis sızanaq və qızarıqlıqların öhdəsindən gəlməyə qadirdir. Həmçinin, yeni hüceyrələrin meydana gəlməsi və dəri qatının yenilənməsi üçün də mis əvəzedilməz rol oynayır.

Yaşlanmanın təsirlərini də mis qabda saxlanılan su ilə aradan qaldıra bilərsiniz. Bu su sizin təbii gənclik zərdabınız ola bilər.

Olduqca güclü “anti-aging” və hüceyrə yeniləmə xüsusiyyəti olan mis qırışlara səbəb olan maddələrlə mübarizə apararaq daha gənc görünməyə kömək edir.

Mis qabda saxlanılan su arıqlamağa da yardımçı olur. Çünki belə su həzm sisteminin işini sürətləndirir. Nəticədə bədən daha çox kalori xərcləyir, yağ atır. Mis bədənin ehtiyacı olmayan yağların orqanizmdə qalmasına mane olur.

Adi qabdan içdiyiniz suda bu faydaların heç biri yoxdur. Həkimlər bildirirlər ki, sağlam bir həyat və gözəl bir bədən üçün səhərlər 1 stəkan mis qabda saxlanılan sudan içmək kifayətdir.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR