ŞOK: İnsanlar 500 il yaşayacaq
Bizi izləyin

Sağlamlıq

ŞOK: İnsanlar 500 il yaşayacaq

Hazırda təbabətin müasir nailiyyətləri və sağlam həyat tərzi insanlara 120 il yaşamaq imkanı verir. Amma yaxın gələcəkdə biomexanika və səhiyyə sahəsində innovativ texnologiyalar insan ömrünü 500 ilədək artırmağa imkan verəcək.

Publika.az-ın məlumatına görə, bu iddia ilə ABŞ-ın "Google" korporasiyasının vençur investisiya bölməsinin prezidenti Bill Meris çıxış edib.

Meris bildirib ki, insanın fizioloji potensialı onun 500 il yaş həddi haqda danışmağa əsas verir. Əgər həmin məsələyə gen mühəndisliyi və biomexanika sahəsindəki nailiyyətləri əlavə etsək o zaman insanın bu yaş həddinə çatmaq imkanı dəfələrlə artır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm