“Forbes” sağlamlıq üçün faydalı 10 qidanı açıqladı – Siyahı
Bizi izləyin

Sağlamlıq

“Forbes” sağlamlıq üçün faydalı 10 qidanı açıqladı – Siyahı

Məşhur “Forbes” jurnalı hamının həftəlik qida menyusunda yer almalı olan sağlamlıq üçün ən faydalı 10 qidanı müəyyənləşdirib.

Publika.az həmin qidaların siyahısını və faydalarını təqdim edir:

Alabalıq

Yaşlanmağın qarşısını alır. Tərkibindəki omeqa-3 beyni və ürəyi qoruyur. Qan şəkərini tənzimləyir.

Lobya

İdeal kiloda qalmağa kömək edir. Qan şəkərini tənzimləyir. Bağırsaq xərçənginin və ürək xəstəliklərinin düşmənidir.

Bir fincan lobyada 11-17 qram lif var. Qeyd edək ki, orqanizmin gündəlik lif ehtiyacı 25-38 qramdır.

Brokkoli

Bütün xərçəng xəstəliklərinə qarşı təsirlidir. Mineral və vitamin baxımından zəngindir. Orqanizmin toksinlərdən təmizlənməsinə dəstək olur.

Nar

Antioksidant baxımından zəngindir. Qan təzyiqini nizamlayır, damarları qoruyur, xərçəng şişlərinin yaranmasının qarşısını alır.

Alma

Ağciyər xərçəngindən, astma və şəkər xəstəliyindən qoruyur. Tərkibində sümükləri gücləndirən K vitamin var.

Yeməkdən yarım saat əvvəl yeyildikdə iştahanı azaldır. Arıqlamağa kömək edir.

Fındıq və fıstıq

Həftənin 5 günü, gündə bir ovuc fındıq və fıstıq yemək infarkt riskini 30 faiz azaldır, həmçinin ürəklə bağlı digər problemlərin qarşısını alır. Kökəlmək istəməyənlər gündə 25 qram yeyə bilərlər.

Göyəm

Tərkibindəki antioksidantlar sayəsində xərçəngdən qoruyur. Yaddaşı gücləndirir. Göyəm lif baxımından da zəngindir.

Yumurta

Zülal baxımından zəngin olan yumurtanın kalorisi azdır. Buna baxmayaraq, zehni qüvvətləndirir, gözləri qoruyur. Həftədə 2-3 dəfə 1 ədəd yemək məsləhətdir.

Qırmızı ət

Təzə qırmızı ət omeqa 3 baxımından zəngindir. Normal miqdarda yeyildikdə xərçəngdən qorumağa qadirdir. Zülal və B12 vitamini mənbəyidir. Ancaq həddən artıq yeyildikdə bəzi sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislər həftənin 5 günü ət yeməyi tövsiyə edirlər. Ancaq hər gün ətin fərqli növlərindən istifadə edilməlidir. Məsələn, birinci gün qırmızı ət, ikinci gün toyuq, üçüncü gün balıq, dördüncü gün hind toyuğu, beşinci gün isə ördək, qaz və s. əti yemək olar.

Süd

Vitamin, mineral və faydalı bakteriyalarla zəngin olan süd xərçənglə mübarizə aparan “CLA” turşusunu da ehtiva edir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm