• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Zehni yorğunluğu aradan qaldırmağın təsirli üsulu

Zehni yorğunluğu aradan qaldırmağın təsirli üsulu

Müasir dövrdə hər kəs stressdən, yorğunluq və halsızlıqdan şikayətçidir. Bunlardan ən təhlükəlisi isə zehni yorğunluqdur. Çünki zehni yorğunluq baş ağrısı, yuxusuzluq kimi hallara səbəb olmaqla yanaşı, gündəlik iş fəaliyyətimizə, sosial həyatımıza mənfi təsir edir.

Publika.az xəbər verir ki, mütəxəssislər həm bədənin, həm də zehnin yorğunluğunu aradan qaldırmaq üçün mixəkdən yararlanmağı tövsiyə edirlər.

Mixək sayəsində özünüzü daha gümrah hiss edəcəksiniz. Həmçinin zehninizin qüvvətləndiyini müşahidə edəcəksiniz.

Bunun üçün aşağıdakı reseptə uyğun olaraq mixək çayı hazırlamaq lazımdır.

Bir stəkan qaynar suyun içərisinə 9-10 ədəd mixək atın 5-6 dəqiqə dəmlənməsini gözləyin.

Dəmləməni ilıq şəkildə için. İçdikdən 10 dəqiqə sonra yorğunluğunuzun azaldığını hiss edəcəksiniz. Bu çaydan həftədə 3-4 dəfə içmək olar. Səhərlər içmək məsləhətdir.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR