• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Beyninizin qocalmasına mane olun

Beyninizin qocalmasına mane olun

“Düşünən, yeni şeylər öyrənən insanlar beyinlərinə “yaxşılıq” edirlər". Bu sözləri Üsküdar Universitetinin müəllimi, nevrologiya mütəxəssisi, professor doktor Oğuz Tanrıdağ söyləyib. O, hər bir bioloji quruluş kimi beynin də qocaldığını bildirib.

O, beyin sağlamlığı və beyin qocalmasına mane olmaq üçün əhəmiyyətli təkliflər verib.

Beyin yaşlaşması çox erkən başlayır

Publika.az xəbər verir ki, professor Doktor Tanrıdağ beyin qocalmasının hər bir insanda fərqli olduğunu vurğulayıb.

Onun fikrincə, hər bir bioloji varlıq və orqan kimi beyin də qocalır:

“Beynin qocalması bizim qocalıq dövrü kimi qəbul etdiyimiz yaşlardan çox əvvəl başlayır. Beyin genetik mexanizmlərin nəzarəti altındadır. Buna görə də, hər bir insanda beyin yaşlaşması fərqlidir. İnsanların bir hissəsində bioloji qocalma beyin funksiyalarına erkən təsir etdiyi halda, digər hissəsinə heç təsir etmir. Beyin qocalmasına təsir göstərən digər faktorlar arasında həyat tərzi, qidalanma tərzi və xəstəliklər yer alır”.

Yeni şeylər öyrənin və zehninizi inkişaf etdirin

Alim hesab edir ki, beynin qocalmasının qarşısını almaq mümkün deyil. Profilaktik tədbirlərlə beyin qocalmasının sürətini, sadəcə, zəiflətmək olar:

“Beyin düşünmə və davranış orqanıdır. Bu səbəbdən, şərait, mühit daxilindəki müxtəlifliklər, yeni şeylərin öyrənilməsi və maraqlı məlumatlar əhəmiyyətlidir. Adam yeni şeylər öyrənmək və zehnini inkişaf etdirməklə beynində müsbət qüvvə yarada bilər.

Düşünən, yeni şeylər öyrənən insanlar əslində beyinlərinə yaxşılıq edirlər. Mühafizəkarlıq, qədim adətlər, ideyalar və tənqidin olmaması, tənqidə dözümsüzlük, onu qəbul edə və düzgün nəticə çıxara bilməmək beyin sağlamlığına mənfi təsir edir.

Beyni gənc saxlayan və qidalandıran yemək kateqoriyası yoxdur. Üstəlik, bu məsələdə insanları yanlış istiqamətləndirən bazar var. İnsan beynini inkişaf etdirməsə, öz üzərində çalışmasa, qidaların insan beyni üzərində heç bir müsbət təsiri olmaz”.

Beyin də istirahət tələb edir

Beyin üçün ən yaxşı qida yuxudur. Oğuz Tanrıdağın fikrincə, hər şərtdə 7/24 işləyən orqan olan beyin üçün sağlam və normal yuxu çox mühümdür:

“Sağlam və normal yuxu beyni istirahət etdirən ən mühüm amildir. Bundan başqa, musiqi, təmiz havada gəzmək, digər incəsənət sahələri ilə məşğul olmaq beyni sakitləşdirir”.

Xatırladaq ki, dünyanın 65 ölkəsində hər il mart ayının bir həftəsi beyinə həsr olunur. “Beyin həftəsi” adlanan həmin müddətdə insanlar beyin gücünü artırmaq, beyindən fəal istifadə etmək istiqamətində məlumatlandırılır.

FİDAN

Xəbər lenti

DAHA ÇOX XƏBƏR