Dalağı təmizləyən qidalar
Bizi izləyin

Sağlamlıq

Dalağı təmizləyən qidalar

Dalaq ürəyin alt qismində mədə ilə diafraqmanın əzələsi arasında yerləşir. Dəmir minerallarının qana qarışmasını təmin edən dalaq sağlamlığımız üçün ən önəmli orqanlardan biridir. Qan istehsal edən orqandır. Yaşlanmış qan hüceyrələrini yox edərək bədənin daha sağlam və enerjili olmasında rol oynayır. İmmun sistemimizin güclü olması üçün dalağa ehtiyacımız var.

Orqanlarımızın və toxumalarımızın bitkilərlə vasitəsilə təmizlənməsi onların iş funksiyasını yaxşılaşdırır. Çinin xalq təbabətində bitkilərlə dalaq təmizləmə çox önəmli yer tutur. Çinlilər ümumi sağlamlıq üçün bu orqanın rolunun böyük olduğunun fərqindədirlər.

Dalağı təmizləmək üçün qana daha çox oksigen qazandıran bitkilərdən istifadə edilməlidir.

Publika.az dalağı təmizləmək üçün gərəkli olan bitkiləri təqdim edir:

1.Pərpətöyn

Həm dadlı, həm də faydalı olan bu tərəvəz əsl şəfa mənbəyidir. Tərkibində bir çox vitamin və mineral var. Qanı təmizləmək xüsusiyyətinə sahibdir. Mədə üçün də faydalıdır. Tərkibindəki omeqa 3 yağ turşuları sayəsində beynin inkişafını dəstəkləyir.

Pərpətöyünü alarkən onun üzərində toxumların olmamasına diqqət edin. Təzə və yarpaqlı tünd yaşıl rəngdə olanları seçin. Yaxşıca yuduqdan sonra doğramadan istifadə etmək lazımdır.

2. Səməni

Səməni bitkilərin fotosintez üçün istifadə etdikləri yaşıl piqment – klorofil ilə zəngindir. Klorofil orqanizmə daxil olduqdan sonra qırmızı qan hüceyrələrinin artmasına səbəb olur. Qırmızı qan hüceyrələri artdıqca bədən oksigenlə daha yaxşı təmin olunur. Oksigenlə tam təmin edilən bədəndə xərçəng və digər xəstəliklərin yaranması ehtimalı 50 faiz azalır.

Qırmızı qan hüceyrələri dalağın iş yükünü azaldır. Səməni həmçinin, B-12 vitamini və dəmir də ehtiva edir.

Qarayonca

Klorofil baxımından zəngindir. Bol miqdarda dəmir ehtiva etdiyi üçün qanı artırır. Dəmirin qana daha tez keçməsini təmin edən C, B 12 vitaminləri və müxtəlif turşular ehtiva edir.

Bu vitaminlərin çatışmazlığı qüsurlu qan hüceyrələrinin yaranmasına və dalağın işinin çətinləşməsinə səbəb olur. Odur ki, qarayoncadan istifadə edin. Bu bitkini salatlara, şorbalara əlavə etmək olar. Hazırda məşhur markalar dərmanlardan tutmuş, gözəllik kremlərinə qədər bir çox məhsula qarayonca əlavə edirlər.

Quzuqulağı

Bu bitkinin tərkibində elmə məlum olan ən güclü antioksidantlar var. Həmçinin, C və E vitamini, beta-karoten də ehtiva edir.

Antioksidantlar qanı təmizləyir, toksinlərin bədəndən atılmasına dəstək olur.

Quzuqulağı klorofil baxımından da zəngindir.

Bu bitki sidikqovucu xüsusiyyətə malikdir. Bədəndəki artıq mayenin atılmasını təmin edərək dalağın işini asanlaşdırır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm