• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Boğaz ağrısını aradan qaldıran içkilər

Boğaz ağrısını aradan qaldıran içkilər

Bahar ayında olsaq da, mövsüm dəyişikliyi səbəbindən qripə yoluxmaq riski çox böyükdür. Qrip və soyuqlama nəticəsində orqanizmdə yaranan bakteriyalar kəskin boğaz ağrılarına da səbəb olur. Qaşıntı, şişkinlik və qızarıqlıq kimi narahatlıqlarla başlayan və sonradan kəskin ağrı şəkli alan problem yemək yeməyə, hətta danışmağa da mane olur.

Mütəxəssislər boğaz ağrısından xilas olmaq üçün isti içkilər tövsiyə edir.

Bəs, hansı isti içkilər boğaz ağrısını aradan qaldırır?

Publika.az-ın araşdırması göstərir ki, xüsusilə bitki çayları bu problemlə mübarizədə çox təsirlidir.

Adaçayı (şalfey), çobanyastığı çayı boğaz ağrısını qısa zamanda aradan qaldırır.

Bu çaylar orqanizmin mikroorqanizmlərə qarşı müdafiəsini gücləndirir.

Bu iki bitkini bir arada istifadə edə bilərsiniz. 1 stəkan qaynar suya yarım çay qaşığı qurudulmuş çobanyastığı və eyni miqdarda adaçayı əlavə edərək stəkanın ağzını örtün. 5-7 dəqiqə sonra çayı süzərək ilıq halda için.

Qeyd edək ki, boğaz ağrısından xilas olmağın ən yaxşı üsullarından biri də sarımsaq yeməkdir.

Təbii antibiyotik olan sarımsağı süddə saxlayaraq pis qoxudan qurtulmaq olar.

Bundan başqa apteklərdə satılan qarqara üçün nəzərdə tutulan bitki qarışıqlarını da sınaqdan çıxara bilərsiniz.

Qarqaranı evdə hazırladığınız məhlullarla da etmək olar.

Bir stəkan ilıq suya 1 çay qaşığı duz töküb həmin qarışıqla gündə 3-4 dəfə boğazınızı qarqara edin.

İlıq suya bir çay qaşığı bal qarışdırın. Bu suyu içmək və qarqara etmək qısa zamanda öz müsbət təsirini göstərir.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR